Page 376 - heynrix
P. 376
HAYNRİX BÖLL
Doğrudan da, adam lap iyrənirdi. Özünü savadlı göstərib xal
qazanmaq xatirinə müsahibini, yazıq bir sosialisti “yıxıb
sürüdü”, “mitilini atdı”, “heçə döndərdi”. Məkrlə ondan so‐
ruşdu:
– Deməli, siz gənc Pikassonu mücərrəd sənətin nüma‐
yəndəsi hesab edirsiniz?
Və on milyonlarla televiziya tamaşaçısı qarşısında həmin
o yaşlı, ağsaqqal, mızıldaya‐mızıldaya hansısa “öhdəçilikdən”
danışan kişini: “Aha, siz, yəqin, sosialist incəsənətini nəzərdə
tutursunuz... Yoxsa sosialist realizmini?” – deməklə yerə
vurdu.
Səhəri gün küçədə ona rast gəlib deyəndə ki, xoşuma
gəlmədi – meyit olub getdi. On milyonlarla adamdan birinin
xoşuna gəlməməsi ona yaman yer elədi! Halbuki bütün katolik
qəzetləri tərifini göylərə qaldırmışdı. Yazmışdılar ki, o, “nəcib
bir əməl” uğrundakı döyüşdə qalib gəldi.
Son üç siqaretimin birini də yandırdım, gitaranı təzədən
376 götürüb özüm üçün dınqıldatmağa başladım. Leonu görəndə
ondan nə soruşacağımı, ona nələri danışacağımı fikirləşdim.
Onunla ciddi söhbət etmək istəyəndə həmişə ya imtahanlara
hazırlaşır, ya da skrutinimundan qorxurdu. Onu da götür‐qoy
elədim ki, doğrudan, o litanayları oxuyacağam, ya yox. Yox,
yaxşısı budur, onları heç oxumayım. Kiminsə ağlına gələcək ki,
mən də katolikəm, deyəcəklər, mən də “onlar”danam, bu da
katoliklər üçün yaxşıca təbliğat vasitəsi olacaq, çünki hər
şeydən öz “xeyirlərinə” istifadə etməyi bacarırlar. Bütün
bunların hamısı son nəticədə anlaşılmazlıqlara, çaşbaşlığa
gətirib çıxaracaq. Heç kəs başa düşməyəcək ki, katolik deyiləm
və sadəcə olaraq, bu litanaylardan, həm də onların həsr
olunduğu yəhudi qızından xoşum gəlir. Başlayacaqlar hər şeyi
tərsinə yozmağa, məndə min cür “katalon əlaməti” tapacaqlar,
televiziyaya sürüyəcəklər, “qiymətli kağızlar”ının qiymətini bir
az da qaldıracaqlar. Gərək başqa mahnı mətni tapam. Heyif!
Mən, doğrudan da, bu litanayları həvəslə oxuyardım, ancaq
Bonn vağzalının pilləkənlərində bunu başqa cür başa düşə‐