Page 378 - heynrix
P. 378
HAYNRİX BÖLL
yerin altından tapılmış heykəl sifətinə oxşadır, qara saçlarım
da parikə bənzəyirdi. Həmin anda ağlıma gələn sözləri mahnı
kimi oxumağa başladım: “Zavallı Papa Yohann, heç ASDP‐yə
qulaq asmır, nə nağara vurur, nə qırağa çıxır...”
Başlanğıc üçün pis deyildi, “Allahın adına ləkə gətirənlərlə
mübarizə” cəmiyyətinin nümayəndəsi bu mahnıda dinə qarşı
heç nə tapa bilməzdi. Lap bir neçə bənd də əlavə edəcəyəm,
ballada üstündə bəstələyib oxuyacağam. Lap ağlayardım da,
ancaq qrim imkan verməz. Yaxşı tutmuşdu, çatlar da, bəzi
yerlərdə ağ rəngin itməsi də əntiqə görünürdü. Ağlasam, göz
yaşları hamısını yuyub aparardı. Ağlamaq istəsəm, “işdən”
sonra da ağlayardım. Peşəkar görkəm adamı hər şeydən
qoruyur, onu “ölüm‐dirim məsələsi”nə çevirənlər yalnız
müqəddəslər və diletantlardır. Özümə uzaqdan baxmaq üçün
güzgüdən aralandım. Mariya məni bu görkəmdə görəndən
sonra da gedib Tsüpfnerin mantiyasındakı mum ləkəsini ütü
ilə aparmaga çalışacaqsa, deməli, çoxdan ölüb və biz artıq
ayrılmışıq. Onda gedib qəbrinin üstündə ağlayaram... Ancaq
378 ümid edirəm ki, yanımdan keçəndə hamısının cibində kifayət
qədər qəpik olacaq. Leo bir qəpikdən çox atacaq, Edqar
Vineken Tailanddan qayıtmış olacaq, bəlkə də, kepkama köhnə
bir qızıl pul atdı. İskiyada dincələn babam qayıdan kimi mənə,
ən azı, bir çek yazacaq. Özüm də artıq çeki nağdlaşdırmağı
öyrənmişəm. Yəqin, anam da üç, ya beş pfenniqindən keçər.
Monika Zilves hələ, bəlkə, əyilib üzümdən öpəcək. Zom‐
mervild, Kinkel və Fredeboyl mənim bu düşüklüyümə əsəbilə‐
şəcək, papağıma heç siqaret də atmayacaqlar. Cənubdan
qatarlar gəlməyən saatlarda velosipedimə minib Zabine
Emondsgilə gedəcəyəm, şorbamı içəcəyəm. Bəlkə də,
Zommervild Romaya zəng vurub Tsüpfnerə deyəcək ki, Bonna
çatmamış Qodesberqdə düşsünlər. Onda da velosipedimə
minib tez ora sürəcəyəm. Villanın qabağındakı bağda oturub
mahnımı oxuyacağam. Mariya gəlib məni belə görəcək,
öldüsü‐qaldısı bilinəcək. Bircə atama yazığım gəldi. Yaxşı elədi
ki, qadınları güllələnməkdən qurtardı! Yaxşı elədi ki, o vaxt
əlini çiynimə qoydu. Ona oxşadığımı yalnız indi güzgüdə
gördüm. Özü də lap çox oxşayırdım. Yalnız indi başa düşdüm