Page 377 - heynrix
P. 377
İ ROMAN
cəkdilər. Özü də lap yaxşı məşq etmişdim. Ora pro nobis BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
sözlərini gitarada gözəl dilləndirirdim.
377
Ayağa durub “çıxış”a hazırlaşmağa başladım. Şübhəsiz ki,
küçələrdə gitara ilə mahnı oxuduğumu eşidən kimi agentim
Tsonerer “mənimlə qurtaracaq”. Əgər, doğrudan da, xoşla‐
dığım litanayları, Tantum Erqonu, vannada uzanarkən uzun
illər məşq elədiyim kilsə mahnılarını oxusaydım, bəlkə, bir az
yumşalardı. Bu, təxminən, Madonna rəsmləri ilə alver etmək
kimi bir şey olardı. Hətta məni sevdiyinə də inanırdım. Axı bu
dünyanın adamları qeybdən xəlq olmuş dünyanın adam‐
larından çox səmimi idilər. Bununla belə, vağzalın pilləkənində
oturub oxuyandan sonra mənimlə, necə deyərlər, “biryolluq
qurtaracaqdı”.
İndi yeriyəndə axsamağım çox bilinmirdi. Deməli, por‐
tağal qutusu lazım gəlməyəcəkdi, sadəcə olaraq, sol qoltu‐
ğuma divanın yastığını alaram, gitaranı da sağ qoltuğuma
vurub “işə gedərəm”. Hələ iki siqaretim qalırdı. Onlardan birini
çəkərəm, birini də qara şlyapanın içinə qoyaram. Biri kifayət
eləyər. Ancaq yanında da bircə dənə qəpik pul görünsə, lap
yaxşı olardı. Şalvarımın ciblərini bir də yoxladım, hətta onları
çölə çıxarıb silkələdim: bir‐iki kino bileti, riç‐raç oynamaq üçün
kiçicik fiqurlar, çirkli kağız dəsmal yerə düşdü, ancaq pul
çıxmadı. Dəhlizdəki paltar dolabını ələk‐vələk elədim: paltar
şotkası, Bonnun kilsə qəzetinin qəbzi, bir şüşə pivə üçün jeton
tapdım, ancaq yenə pul tapılmadı. Mətbəxdəki bütün
siyirmələri alt‐üst elədim, yataq otağına cumdum, düymə‐
sancaqların, yaxalıqların, corabların, əl dəsmallarının arasını,
yaşıl məxmər şalvarın ciblərini axtardım, ancaq pul çıxmadı ki,
çıxmadı. Əynimdəki qara şalvarı soyunub əsgi parçası kimi
döşəmənin üstünə atdım, ağ köynəyimi də yanına tulladım.
Açıq‐mavi rəngli trikonu başıma keçirdim. Yamyaşıl şalvar,
açıq‐mavi rəngli köynək.
Dolabın qapısını açıb güzgüyə baxdım; müsibət idi, hələ
heç vaxt belə görkəmdə olmamışdım. Qrimi çox qalın
çəkdiyimdən, o da uzun illər evdə atılıb qaldığından yağı quru‐
muşdu. Güzgüdə gördüm ki, çat‐çat olub. Bu çatlar üzümü