Page 373 - heynrix
P. 373
İ ROMAN

köksünü ötürdü. Özü də lap dərindən... Bədbəxt adamlar BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
kimi...
373
– Cavab verməsən də olar – dedim. – Bu gün telefonla iki
dəfə danışdığım o qəşəng oğlana salam de...

– Ştruderi deyirsən? – astadan soruşdu.
– Bilmirəm, adı nədir, ancaq səsi telefonda çox mehriban
çıxırdı.
– Onu heç kəs burada ciddi qəbul etmir, – dedi. – Onu,
necə deyərlər, yazıqları gəlib burada saxlayırlar ki, ac qalmasın.
Hərdən sürünə‐sürünə gəlib telefona cavab verir, ağlına gələni
də sayıqlayır.
Ayağa durub pərdənin arasından meydandakı saata
baxdım. Doqquza üç dəqiqə qalırdı.
– İndisə getmək vaxtındır, – dedim, – yoxsa adın “qara
dəftər”ə düşər. Sabah da mühazirəni buraxma.
– Xahiş edirəm, məni düzgün başa düş, – o, yalvarmağa
başladı.
– Lənət şeytana, – dedim, – səni başa düşürəm. Hətta
lazım olduğundan da yaxşı başa düşürəm.
– Axı sən necə adamsan?
Sözünü kəsdim:
– Mən təlxəyəm, – dedim, – həyatın bütün anlarını da
yadımda saxlamağa çalışıram. Salamat qal!
Dəstəyi yerinə qoydum.

XXV
Yadımdan çıxdı, Leodan əsgərlik təəssüratlarını soruş‐
madım, ancaq eybi yox, nə vaxtsa imkan düşər, soruşaram.
Onsuz da, deyəcək ki, “yaxşı baxırdılar”, evdə heç elə yeməklər
yeməyib. Çətinlikləri də “tərbiyəvi cəhətdən lazımlı” hesab
edəcək, xalq arasından çıxmış adamlarla ünsiyyəti isə “əsl
həyat məktəbi” adlandıracaq. Bəlkə, heç soruşmadım. Onsuz
da, bu axşam özünün “seminarist yatağında” gözlərini yum‐
mayacaq, vicdan əzabında qovrula‐qovrula o tərəfə, bu tərəfə
çevriləcək, özündən soruşacaq ki, mənim yanıma gəlməmək‐
   368   369   370   371   372   373   374   375   376   377   378