Page 369 - heynrix
P. 369
İ ROMAN
– Altı mark yetmiş pfenniq. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Bu, Leo üçün böyük məbləğ idi, məncə, “gündəlik
tələbat” adlanan şeyləri almaq üçün ona iki ilə bəs edərdi: 369
hərdən qatara bilet, bir qutu nanəli konfet alardı. Bir‐iki qəpik
də dilənçiyə verərdi. Özünə kibrit lazım deyildi, ancaq hərdən
“rəhbər”lərin siqaretini yandırmaq üçün bir qutu alardı, bu da
bir ilə bəs edərdi. Qəribədir ki, həmin qutunu bir il cibində
gəzdirməyinə baxmayaraq, hər dəfə çıxaranda elə bilərdin,
təzə alıb. Əlbəttə, hərdən dəlləyə də getməli olurdu. Ancaq
dəlləyin pulunu atamın “təhsil xərcləri” üçün ona açdırdığı
“hesab”dan götürürdü. Əvvəllər hərdən konsertə də bilet
alırdı, ancaq sonralar anama verilmiş pulsuz dəvətnamələrlə
getməyə başladı. Axı varlı adamlara kasıblardan çox hədiyyə
verirlər. Varlılar nəsə almalı olanda da çox vaxt ucuz alırlar.
Anamda topdansatış firmalarının kataloqu vardı. Desəydilər
ki, anam hətta poçt markalarını da ucuz qiymətə alır,
inanardım. Altı mark yetmiş pfenniq Leo üçün əməlli‐başlı pul
idi. İndiki halda elə mənim özüm üçün də... Ancaq hələ
bilmirdi ki, mən əvvəllər bizim evdə deyildiyi kimi, “sıfırdayam,
heç yerdən də gəlirim yoxdur”.
– Yaxşı, Leo, – dedim, – çox sağ ol. Gələndə bir qutu
siqaret də alarsan.
Cavab vermədi, yalnız boğazını arıtladığını eşitdim. Bir də
soruşdum:
– Məni eşidirsən? Necə? – Bəlkə də, mənə gətirəcəyi pul‐
dan siqaret alsın deməyim xətrinə dəymişdi.
– Bəli, bəli, eşidirəm – duruxdu, kəkələməyə başladı. –
Deməyə də çətinlik çəkirəm... Gələ bilməyəcəm...
– Necə? – qışqırdım. – Gələ bilməyəcəksən?
– Doqquza on beş dəqiqə qalır... Doqquz tamamda mən
burada olmalıyam.
– Bir az geciksən, olmaz? – dedim. – Kilsə üzvlüyündən
çıxararlar?
– Zarafatı burax, – incik halda dilləndi.
– Bəlkə, icazə alasan? Xahiş edəsən, buraxalar?