Page 364 - heynrix
P. 364
HAYNRİX BÖLL
Təsadüfən nə vaxtsa müharibədə reynlinin aldatmış olduğu
bir texnik köməkçisi həmin dondurucunun qapağını açıq
qoyardı, tamaşa da pozulardı. Yox, əvvəlki yaxşı idi. Dümağ
qrimlənmiş əsl sifətimlə Bonn vağzalının pilləkənlərində otu‐
raram, mərhəmət diləkli kilsə nəğmələri oxuyaram, gitaranı
dınqıldadaram... Yanımda da nə vaxtsa Çaplini yamsılamaq
üçün aldığım şlyapa. Çatışmayan yalnız dəmir pullar idi.
Birpfenniqlik olsa, lap yaxşı... Bir dənə birpfenniqlik, bir dənə
də beşpfenniqlik. Yox, üç dənə dəmir pul olsaydı, lap yaxşı
alınardı: birpfenniqlik, ikipfenniqlik, bir də beşpfenniqlik. Ca‐
maat görməli idi ki, mən xırda‐xuruş sədəqədən zəhləsi gedən
dindar fanatik deyiləm. Onlar görməli idilər ki, hər hansı dəmir
pul, hətta mis də qəbulumdur. Sonralar ora gümüş pul da
qoyacağam. Görsünlər ki, yaxşı pul verən də var. Hətta şlya‐
panın içinə bir dənə də siqaret qoyacağam, çünki bəzilərinə
əlini pulqabına atmaqdansa, siqaret qutusuna atmaq daha
asan gəlir...
364 Əlbəttə, nə vaxtsa kimsə gəlib başımın üstünü kəsdi‐
rəcək, deyəcək ki, asayişi qoruyur, “küçə müğənniliyi üçün
icazə vərəqəsi” istəyəcək. Ya da “Allahın adına ləkə gətirən‐
lərlə mübarizə” komitəsinin nümayəndəsi gələcək, mənim
oxuduqlarımı dinə zidd hesab eləyəcək. Şəxsiyyət vəsiqəsi
istəyənlər üçünsə yanıma həmişə kömür briketi qoyaram,
çünki “Şnirin kömürü ilə qızın!” reklamını uşaq da tanıyır. Qara
rənglə yazılmış “Şnir” sözünün altından qırmızı xətt çəkəcəm,
hələ, bəlkə, onun qarşısına “H” hərfi də yazdım! Çox nadir,
ancaq tez başa düşülən bir vizit kartı olacaq: “İcazə verin,
özümü təqdim edim: Şnir”.
Nə vaxtsa atam, doğrudan da, mənim üçün nəsə bir iş
görə biləcək, özü də xərci çıxmayacaq. İstəsə, mənim üçün
“küçə mügənniliyi”nin icazəsini ala bilərdi. Bunun üçün baş
burqomisterə bircə zəngi kifayət edərdi. Ya da “Kişilər itti‐
faqın”da kart oynayanda birbaşa özünə deyərdi. Bu işi mənim
üçün mütləq görməlidir. Ondan sonra mən vağzalın pillə‐
kənində rahatca oturub Romadan gələn qatarı gözləyərdim.