Page 363 - heynrix
P. 363
İ ROMAN

dümağ qrimlənmiş bir sifət, mavi köynək, üstündən də qara BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
şotland gödəkcəsi, yaşıl məxmər şalvar... Və mən “öz sənətimə
başlayıram”, səsim küçənin hay‐küyünə qarışır: Rosa mystica 363
– ora pro nobis – turris Davidlica – ora pro nobis – virgo fidelis
– ora pro nobis1. Romadan qatarlar gələnə qədər orada
oturacağam, mənim “coniux infidelis”im2 öz katolik əri ilə
gələndə görəcəyəm. Yəqin, nikah mərasimi çox da asan
olmayıb: Mariya dul deyildi, ərindən boşanmamışdı və mənim
təsadüf nəticəsində dəqiq bildiyim kimi, bakirə də deyildi.
Zommervild saçlarını yoluşduracaq, çünki duvaqsız nikah onun
estetik konsepsiyasına tamamilə zidd idi. Bəlkə, aldanmış qız,
sabiq bir təlxəyin məşuqəsi üçün ayrıca kilsə qanunları vardı?
Görəsən, kəbin mərasimini icra edən yepiskop nə düşündü?
Onlar razı olmazdılar ki, kəbinlərini rütbəcə yepiskopdan aşağı
olanlar kəssin. Mariya məni bir dəfə dartıb yepiskopların
idarəsinə aparmışdı: mitranı başa qoymaq, mitranı başdan
götürmək, boynuna ağ lent salmaq, boynundakı ağ lenti
götürmək... Yepiskop ağacını ora aparmaq, yepiskop ağacını
bura gətirmək... Ağ lenti çıxarıb, qırmızı lent bağlamaq...
Bütün bunların hamısı mənə ləzzət verdi. Axı mənim kövrək
sənətkar təbiətim təkrarın gözəlliyindən zövq almağı baca‐
rırdı!

Yadıma açarlar haqqındakı pantomim səhnəciyi düşdü.
Gedib bir az plastilin alardım, açarı onun üstünə sıxıb götürər‐
dim, orada qalmış boş yerə su tökərdim, “bişmək” üçün
soyuducuya qoyardım. Bəlkə, balaca bir dondurucu da tap‐
maq olardı, hər axşam səhnəcik göstərəndə açarları onun
içində “bişirərdim”. Həmin açarlar da tamaşa zamanı əriyib
gedərdi. Gələcəkdə bu ideyadan yararlanmaq olardı, ancaq
indi ondan əl çəkməli oldum, çünki bir az mürəkkəb idi, çoxlu
rekvizitlərdən, texniki vasitələrdən asılı qalmalı olurdum.

1 Rosa mystica – ora pro nobis – turris Davidlica – ora pro nobis – virgo
fidelis – ora pro nobis – Bakirə Məryəmə müraciətlə: Ey müqəddəs qızılgül,
bizim üçün dua et! Ey Davidin istinadgahı, bizim üçün dua et! Ey vəfalı qadın,
bizim üçün dua et! (lat.)
2 Coniux infidelis – vəfasız arvad (lat.)
   358   359   360   361   362   363   364   365   366   367   368