Page 360 - heynrix
P. 360
HAYNRİX BÖLL
şısında “Nikah və idrak” mövzusunda mühazirə oxuyurdu.
Bəlkə də, heç xəbəri yox idi ki, arvadının dizləri eybəcər
görünür, ona gödək geyinmək olmaz.
Paltar dolabının qapısını tez açdım ki, özümü güzgüdə
görməyim. Mariyadan heç bir nişanə qalmamışdı. Heç nə!
Azacıq ətir iyi gəlirdi, vəssalam. Gərək bir az insaflı olaydı,
mənim də paltarlarımı götürüb aparaydı. Ya kiməsə bağış‐
layardı, ya da yandırardı. Öz paltarlarımın hamısı dolabda idi:
heç vaxt geyinmədiyim yaşıl rəngli məxmər şalvar, qara rəngli
şotland pencəyi, qalstuklar, aşağıda da üç cüt ayaqqabı.
Bilirdim ki, balaca siyirmədəki şeylər yerindədir: corablar, əl
yaylıqları... Niyə belə elədiyini bilirdim: axı xristianlar "şəxsi
əmlak" məsələsində çox dəqiq və ədalətli olurlar. Çəkməcəni
açmağa heç ehtiyac yox idi, özünə aid olan hər şeyi
götürmüşdü, mənimkilərsə qalmışdı. Gərək bir az insaflı
olaydı, mənim cır‐cındırımı da götürəydi ki, paltar dolabı belə
görünməyəydi. Ədalət hissi, adamı qılınc kimi doğrayan
360 dəqiqlik! Çox güman ki, mənə yazığı gəlmişdi, onu xatırlada
biləcək heç nə saxlamamışdı. Yəqin, hələ ağlayıb da. Filmlərdə
ərini qoyub gedən, gedəndə də: “Səninlə keçirdiyim günləri
heç vaxt unutmayacam!” – deyən qadınlar kimi göz yaşı
axıdıb. Bu səliqəli, tərtəmiz dolab (hətta kimsə onu əsgi ilə
silmişdi də!) mənə qoyub getdiyi dəhşətli dərd oldu. Sahmanlı,
iki hissəyə bölünmüş dolab... Onun paltarı ayrı, mənimki ayrı...
Elə bil onun içində çox uğurlu bir əməliyyat aparılmışdı.
Ondan heç bir nişanə qalmamışdı. Hətta koftasından
təsadüfən bircə düymə də düşməmişdi...
Dolabın qapısını açıq qoydum ki, güzgüdə özümü
görməyim. Geri qayıtdım, konyak şüşəsini pencəyimin cibinə
qoydum, qonaq otağına keçib divana uzandım. Dizim çox
şişmişdi, ancaq uzanan kimi ağrısı dayandı. Qutuda dördcə
siqaret qalmışdı, birini götürüb damağıma qoydum.
Fikirləşdim ki, görəsən, hansı yaxşı olardı: paltarlarını bu‐
rada qoysaydı, yoxsa indiki kimi tərtəmiz yığıb aparsaydı? Heç
məktub da yazıb qoymamışdı: “Səninlə keçirdiyim günləri