Page 365 - heynrix
P. 365
İ ROMAN
Əgər onda Mariya məni qucaqlamayıb yanımdan keç‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
məyi bacarsa, deməli, özümü öldürməkdən başqa çarəm qal‐
mayacaq. Ancaq indi yox... Özümü öldürmək fikri ağlıma 365
gələndə tərəddüd etdim, ona görə ki, “özündən narazılıq” kimi
görünərdi.
Sadəcə olaraq, Mariyadan əl çəkmək istəmirdim. Nə
vaxtsa Tsüpfnerdən boşana bilərdi, onda ikimiz də Bezevitsin
“ideal vəziyyət”inə düşərdik. Onda mənim məşuqəm kimi
olacaqdı, çünki kilsə onun nikahını heç vaxt geri oxumaya‐
caqdı. Həmin vaxt elə eləməliydim ki, televiziya məni “kəşf
etsin”, təzədən şöhrət zirvəsinə qalxım. Belə olanda kilsə də
bizə göz yumacaqdı... Onda heç kəs məndən Mariya ilə kilsədə
nikahlanmağı tələb etməyəcəkdi. Onda VIII Henridən qalmış
toplarını mənə tuşlamayacaqdılar.
Özümü yaxşı hiss etməyə başladım. Dizimin şişi çəkilir,
ağrısı azalırdı. Başağrısı ilə melanxoliklik hələ də qalırdı.
Ancaq bunların ikisi də mənim üçün ölümün özü qədər
doğma idi. Sənət adamının ölümü, yaxşı keşişin də dua
kitabçası həmişə yanında olmalıdır. Hətta mən öləndən sonra
nə olacağını da bilirəm: sözsüz ki, Şnirlər üçün düzəldilən
tabutdan mənə də düzəltdirəcəklər. Anam ağlayacaq və
deyəcək ki, məni başa düşən yeganə adam olub. Mən öləndən
sonra hamıya deyəcək: “Bizim Hans həqiqətdə belə idi...”
Ancaq bu günə kimi elə bilir ki, mən “eşqbazam”, “pulgirəm”
və ömrünün axırına qədər də elə biləcəkdi. Deyəcək:
– Bəli, bizim Hans çox istedadlı idi. Ancaq, təəssüf ki, həm
də çox eşqbaz, pulgir idi. Təəssüf ki, çox intizamsız idi... Ancaq
istedadına söz ola bilməzdi.
Zommervild də deyəcək:
– Bizim gözəl Şnirimiz... Çox sevimli idi... çox... Ancaq,
təəssüf ki, bütün varlığı ilə kilsəyə qarşı idi, metafizik hislərdən
çox uzaqdaydı...
Blothert yanıb‐yaxılacaq ki, hələ də özünün “ölüm
hökmü” haqqındakı fikirlərini qəbul etdirə bilməyib, yoxsa