Page 370 - heynrix
P. 370
HAYNRİX BÖLL
– İndi gecdir, gərək bunu günortadan deyəydim.
– Sadəcə olaraq, geciksən necə?
– Ciddi xəbərdarlıq alacam, – astadan dedi.
– Latın dilini hələ unutmamısansa bu, nəsə “bağ” sözü
ilə bağlı olmalıdır.
Yavaşdan güldü:
– Daha doğrusu, “bağban qayçısı” ilə... Çox pis şeydir...
– Yaxşı, – dedim, – səni məcbur eləmərəm ki, sonradan
çək‐çevirə düşəsən. Ancaq istəyirdim, yanımda kimsə olsun.
– Vəziyyət mürəkkəbdir, – dedi, – gərək məni başa
düşəsən. Ciddi xəbərdarlıqdan qorxmazdım, ancaq bu həftə
ərzində ikinci dəfə xəbərdarlıq alsam, adım “qara dəftər”ə
düşəcək. Bunun üçün də “skrutinum”da cavab verəsi olacam.
– Harada? Xahiş edirəm, yavaş‐yavaş de.
O köksünü ötürüb, nəsə donquldandı, sonra yavaş‐yavaş
dedi:
– Skru... ti... num...
370 – Lənət şeytana, Leo, elə səslənir ki, sanki həşəratlar
civildəşir. “Qara dəftər” də, yəqin, Annanın “Doqquzuncu
alay”ının dəftərindən olar. Orada da həmin dəqiqə “qara
dəftər”ə yazırdılar, elə bil kimsə cinayət törədib.
– Allah xatirinə, Hans, deyirsən, indi də telefonda “bizim
tərbiyə sistemi” barədə mübahisəyə başlayaq?
– Xətrinə dəyirsə, daha demərəm. Ancaq, çox güman ki,
bunun bir yolu var. Gizli yolları deyirəm... Məsələn, “Doq‐
quzuncu alay”da olduğu kimi... Mənə elə gəlir, ən ciddi
sistemdə də nəsə bir zəif yer tapmaq mümkündür.
– Bəli, əsgərlikdəki kimi, burada da elə yollar var... Ancaq
onlardan zəhləm gedir. Mən düz yolumla getmək istəyirəm.
– Mənim xətrimə bircə dəfə qorxmayıb o hasardan aşa
bilməzsən?
Köks ötürdü və mən onun başını necə buladığını təsəvvür
elədim.
– Sabah gəlsəm, olmaz? Mühazirəyə girmərəm, doqquz‐
da yanında olaram. Çox təcilidir? Yoxsa yenə harasa gedirsən?