Page 372 - heynrix
P. 372
HAYNRİX BÖLL
Haynrixdən çox yazığım gəldi. Belə hallarda, xüsusən də çox
tanınmayan, Haynrix kimi “problemli kaplanlar qaydanı
pozanda” kilsə tam ciddi olurdu. Ancaq, yəqin ki, Zommervild
kimilərinə göz yumardı. Özü də onun qulluqçusunun
ayaqlarının damarları görünmürdü, qəşəng bir qız idi, çiçək
kimi açılırdı. Adını da Maqdalena qoymuşdu. Əntiqə xörəklər
bişirirdi, həmişə də gözəl, şən görünürdü.
– Olsun, – dedim, – onu hələlik siyahımdan silərəm.
– İlahi! – Leo təəccübləndi. – Sən nə yaman daşqəlb‐
lisənmiş, elə bilirdim, bunu başqa cür qəbul edəcəksən.
– Mən Haynrixin yepiskopu deyiləm, belə işlərlə də
maraqlanmıram. Mənə yalnız bəzi təfərrüatlar təsir eləyir.
Yaxşı, bəlkə, Edqarın ünvanını, telefon nömrəsini biləsən?
– Vinekeni deyirsən?
– Onu deyirəm. Yəqin, Edqar yadında olar. Sən Kölnə
gələndə o da bizdə idi. Uşaq vaxtı həmişə onlarda oynayardıq,
kartof salatı yeyərdik.
372 – Əlbəttə, – dedi, – əlbəttə, yadımdadır. Ancaq eşitdiyimə
görə, Vineken indi Almaniyada deyil. Kimsə dedi ki, hansı
komissiyanınsa tərkibində Hindistana, ya da Tailanda gedib,
yadımda qalmayıb...
– Dəqiq bilirsən? – soruşdum.
– Dəqiqdən də dəqiq! Hə, yadıma düşdü, Heribert
demişdi.
– Kim? – qışqırdım. – Kim demişdi?
O susdu. Daha köksünü ötürmürdü və bura niyə gəlmək
istəmədiyi indi mənə çatdı.
– Kim? – bir də qışqırdım, ancaq cavab gəlmədi. Artıq o
da tövbə masasında oturub boğazını arıtlamağa öyrəşmişdi.
Mariyanı kilsədə gözləyəndə hərdən belə səsləri eşidirdim.
Alçaqdan dedim:
– Yaxşısı budur, heç sabah da gəlməyəsən. Mühazirəni
buraxma, heyifdir. Bircə sualıma da cavab ver. Mariyanı
görübsən?
Deyəsən, doğrudan da, indiyə kimi köksünü ötürməkdən,
boğazını arıtlamaqdan başqa heç nə öyrənə bilməmişdi. Yenə