Page 368 - heynrix
P. 368
HAYNRİX BÖLL

baxmadığı yer qalmırdı. Birlikdə kinoya, kilsəyə gedir, bulvar
qəzetləri oxuyur, riç‐raç oynayırdıq. İndi, doğrudanmı,
Tsüpfnerin Yohannit Ordeninin üzvü elan edilməsi münasi‐
bətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmək,
kanslerlərlə, prezidentlərlə bir sırada dayanmaq istəyir, evdə
isə Orden mantiyasındakı mum ləkələrini ütü ilə aparmağa
çalışır?

Düzdür, Mariya, bunların hamısı zövq məsələsidir, ancaq
heç biri sənin zövqünə uyğun deyil. İbadətə gecikməyəsən
deyə hər gün səni tezdən oyadan, vaxt az qalanda taksi tutub
kilsəyə göndərən, ancaq özü heç bir dinə inanmayan təlxəyə
inansan, daha yaxşı olardı... Axı mənim yaşıl trikomu yumağın
lazım deyil...

XXIV
Telefon zəng çalanda bir anlığa çaşbaş qaldım. Bütün
fikrim‐zikrim qapıda idi ki, birdən Leo gələr, zəngin səsini
368 eşitmərəm. Gitaranı yerə qoydum, gözlərimi döyə‐döyə
bayaqdan zingildəyən aparata bir xeyli baxandan sonra dəstəyi
götürüb dedim:
– Bəli!
– Hans, sənsən?
– Mənəm, – dedim, – yaxşı ki, gəlirsən...
Susub, boğazını arıtladı. Əvvəlcə səsini tanımadım.
– Sənə pul verəcəyəm, – dedi.
“Pul” sözü qəribə səsləndi. Ümumiyyətlə, Leonun pul
haqqında qəribə təsəvvürləri var. Demək olar ki, pula ehtiyacı
yoxdur: siqaret çəkmir, içki içmir, axşam qəzetləri oxumur,
yalnız hərdən kinoya gedir. Özü də, ən azı, beş nəfər inandığı
adam “yaxşı filmdir” deyəndən sonra. Bu da iki‐üç ildən bir
olur. Tramvaya minmir, piyada getməyi xoşlayır. “Pul” sözünü
eşidən kimi əhvalım pozuldu. “Bir az pul” demiş olsaydı,
bilərdim ki, iki, ya üç mark olacaq. Qorxu hissini boğub xırıltılı
səslə soruşdum:
– Nə qədərdir?
   363   364   365   366   367   368   369   370   371   372   373