Page 366 - heynrix
P. 366
HAYNRİX BÖLL
məni ictimaiyyət qarşısında dar ağacına çəkdirərdi. Fredeboyl
üçün “heç bir sosioloji təsnifata uyğun gəlməyən təkrarsız
adam” olacağam. Kinkel ağlayacaq, özü də ürəkdən ağlayacaq,
bütün varlığı sarsılacaq, ancaq onda çox gec olacaq... Monika
Zilves dul qalmış arvadım kimi hıçqıracaq, peşman olacaq ki,
niyə o gün gəlib mənə omlet bişirmədi. Mariya, sadəcə olaraq,
inanmayacaq ki, ölmüşəm, Tsüpfnerdən ayrılacaq, bütün
mehmanxanaları gəzəcək, əbəs yerə məni soruşacaq...
Atam isə bu faciəyə dözə bilməyəcək, çox peşman olacaq
ki, niyə çıxıb gedəndə dəhlizdəki asılqanın taxtasının üstünə
gizlicə bir‐iki dənə kağız pul qoymadı. Karl ilə Zabina ürəkdən
ağlayacaqlar. Elə ağlayacaqlar ki, dəfn mərasiminə gələnlərin
hamısı ağzını büzəcək. Zabina yenə də özünün əl dəsmalını
yaddan çıxarıb evdə qoyduğu üçün əlini gizlicə Karlın paltosu‐
nun cibinə salacaq. Edqar özünü məcbur edib göz yaşlarını
boğacaq, bəlkə də, dəfndən sonra bizim bağda o vaxt yüz
metri qaçdığı yerə gələcək, oradan bir də keçəcək, tək‐tənha
366 qəbiristanlığa qayıdacaq, Henriette üçün qoyulmuş xatirə
lövhəsinin üstünə iri bir qızılgül dəstəsi qoyacaq. Məndən
başqa heç kəs bilmir ki, o, Henrietteyə vurulmuşdu...
Heç kəs bilmir ki, mənim yandırdığım məktubların
hamısının sonunda yazılmışdı: “E.V.”. Mən bir sirri də özümlə
qəbrə aparacağam: bir dəfə gördüm ki, anam gizlicə
zirzəmidəki anbara yaxınlaşdı, qaxac olunmuş donuz budun‐
dan üç dilim kəsdi, elə oradaca ayaqüstü yedi. Yox, yemədi,
gözünə təpdi. Əlbəttə, burada pis şey yox idi, sadəcə olaraq,
mat qalmalı işdi. Və mən bundan riqqətə gəldim... Zirzəmiyə
köhnə tennis şarlarını axtarmağa düşmüşdüm, halbuki bizə
ora getməyə icazə vermirdilər. Onun addım səslərini eşidəndə
tez işığı söndürdüm, qaranlıqda anamın içində alma
mürəbbəsi olan qabı necə götürdüyünü, sonra qaytarıb yerinə
qoyduğunu gördüm, üzü o tərəfə olduğu üçün dirsəklərinin
hərəkətindən bildim ki, nəsə kəsir, sonra da kəsdiyi dilimləri
əli ilə qatlayaraq ağzına tıxdı. Mən bunu heç kəsə deməmi‐
şəm, deməyəcəyəm də. Bu sirr mənimlə bərabər mərmər