Page 361 - heynrix
P. 361
İ ROMAN
unutmayacam!” Bəlkə də, belə yaxşı idi. Ancaq gərək, heç ol‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
masa, düyməsinin biri qopub düşmüş olaydı, yaxud kəmərini
götürməyi unudaydı. Ya da dolabdakıların hamısını aparaydı, 361
od vurub yandıraydı...
Henriettenin ölüm xəbəri gələndə biz nahara hazırla‐
şırdıq. Anna, nədənsə, elə fikirləşmişdi ki, onun kağız dəsmalı
çox da kirlənməyib və o, servantın üstündəki sarı çəngəlin
üstündə idi. Hamımız ona baxdıq: üstündə cem, bir də balaca
ləkə – bozarmış şorba, ya da sous ləkəsi qalmışdı. Onda ilk
dəfə hiss elədim ki, kimsə çıxıb gedəndə, ya öləndə ondan
qalan əşyalar çox qorxunc olur. Anam yeməyə cəhd etdi, sanki
bununla demək istədi: “Həyat davam edir..”, ya da buna
bənzər nəsə... Ancaq mən dəqiq bilirdim ki, elə deyil, davam
eləyən həyat yox, ölümdür. Vurub əlindən çəngəlini saldım,
bağa qaçdım, təzədən haray‐həşir qopmuş evimizə qayıtdım.
İsti şorba anamın sifətini yandırmışdı. Yuxarı – Henriettenin
otağına qaçdım, pəncərəni taybatay açdım, əlimə keçənlərin
hamısını bağa atdım: qutuları, paltarları, gəlincikləri, papaq‐
ları, ayaqqabıları, şlyapaları. Çəkməcəni dartıb açanda alt
paltarlarını və yəqin ki, onun üçün çox qiymətli olan qəribə
xırda əşyaları gördüm: qurudulmuş sünbül, daşlar, güllər, kağız
parçaları, çəhrayı lentlə sarınmış bir dəstə məktub, tennis oy‐
namaq üçün yüngül ayaqqabılar, raketkalar, idman yarışla‐
rında aldığı kuboklar... Bir sözlə, əlimə nə keçdisə, hamısını
bağa tulladım. Sonralar Leo deyirdi ki, mən onda “dəli
olmuşdum”, bunların hamısını bircə göz qırpımında eləmişəm,
heç kim də mane ola bilməyib. Axırda da bütün siyirmələri çe‐
virib içindəkiləri bayıra boşaltdım, qaraja qaçdım, içində
həmişə ehtiyat benzin olan ağır qabı sürüyə‐sürüyə bağa
gətirdim, onu bayıra atdığım şeylərin üstünə çiləyib od vur‐
dum. Kənarda qalanların da hamısını ayağımla alovun içinə
itələdim. Ətrafa səpələnmiş kağız parçalarını, qurudulmuş
gülləri, sünbülləri, məktub qalağını bircə‐bircə yığıb oda
atdım. Sonra qaça‐qaça gedib yemək otağından o kağız
dəsmalı çəngəllə birlikdə gətirdim, tonqala tulladım. Leo son‐