Page 379 - heynrix
P. 379
İ ROMAN

ki, o, nə üçün Leonun “katolikləşməsinə” qəti razı deyil. Leoya BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
isə acımadım, çünki onun öz əqidəsi vardı.

*** 379
Liftlə aşağı düşəndə saat hələ onun yarısı olmamışdı.
Yadıma xristian cənab Kostert düşdü. Hələ mənə bir şüşə araq,
bir də birincidərəcəli vaqonla ikincidərəcəlinin fərqini borclu
idi. Ona markasız bir məktub göndərib kefinə soğan doğraya‐
cağam. Hələ baqajımın qəbzini də göndərməli idi. Yaxşı ki,
qonşuma – o gözəl Qrebzelə rast gəlmədim. Yoxsa hər şeyi ona
başa salmalı olardım. İndi təkcə kömür briketi – mənim vizit
kartım çatmırdı.
Bayırda sərin mart axşamı idi. Gödəkcəmin yaxalığını
qaldırdım, şlyapanı başıma basdım, cibimdə qalmış yeganə
siqaretin yerində olub‐olmadığını yoxladım. Yadıma konyak
şüşəsi düşdü, onu da yanıma qoysaydım, qəribə səhnə
alınardı. Ancaq yox, qapağından bilinir ki, bahalıdır, onda heç
kəsin mənə yazığı gəlməz. Bir qoltuğumda balınc, bir qoltu‐
ğumda da gitara təzədən vağzala qayıtdım. Yolda hamının
“məzəli” adlandırdığı zəmanənin çox izlərinə rast gəldim. Fidel
Kastronun maskasını taxmış sərxoş bir oğlan mənə ilişmək
istədi, ancaq başımdan elədim. Vağzalın pilləkənlərində bir
neçə matador və ispan Donnaları taksi gözləyirdi. İndi yadıma
düşdü ki, bu gün karnaval var. Lap yerinə düşdü. Peşəkar ak‐
tyor üçün ən yaxşı gizlənmək yeri həvəskarların arasıdır. Balışı
aşağıdan üçüncü pilləkənin üstünə qoyub oturdum, şlyapamı
çıxarıb siqareti onun içinə tulladım. Ancaq düz ortaya deyil,
azacıq yana tərəf qoydum ki, guya yuxarıdan atıblar və
oxumağa başladım: “Zavallı Papa Yohann...” Mənə fikir verən
olmadı. Əslində, belə yaxşı idi. Bir saatdan, iki saatdan, üç
saatdan sonra yavaş‐yavaş diqqəti cəlb etməyə başlayacağam.
İçəridən diktorun səsi eşidiləndə oxumağa ara verdim. Ham‐
burqdan gələn qatarı elan edirdi. Oxumağa davam elədim.
Şlyapaya düşən ilk dəmir pul məni diksindirdi: birqəpiklik idi
və düz siqaretin üstünə düşüb onu kənara diyirlətdi. Siqareti
əvvəlki yerinə qaytarıb, təzədən oxumağa başladım...
   374   375   376   377   378   379   380   381   382   383   384