Page 264 - heynrix
P. 264
HAYNRİX BÖLL

– Heç nə başa düşmürsünüz. Siz o lənətə gəlmiş zəhəri‐
nizi suya qatıb damcı‐damcı Mariyaya içirtdiniz. Mənsə nə
içsəm, təmiz içirəm, saf kartof arağını qatışdırılmış konyakdan
üstün tuturam.

– Danışın, danışın, – dedi. – Elə danışırsınız ki, sanki bu
iztirabların hamısını daxilən yaşamısınız.

– Bəli, daxilən də yaşamışam, zahirən də. Çünki söhbət
Mariyadan gedirdi.

– Şnir, elə bir gün gələcək ki, mənə qarşı haqsızlıq
elədiyinizi özünüz başa düşəcəksiniz. Bu məsələdə də,
başqalarında da... – O sanki ağlamsındı. – Qaldı, mənim suya
nəsə qatıb damcı‐damcı içirtməyimə... Bəlkə də, unudursunuz
ki, bəziləri susuzluqdan yanır, sadəcə olaraq, nəsə içmək istəyir
və belələrini susuzluqdan öldürməkdənsə, bulanıq su vermək
daha yaxşıdır.

– Ancaq sizin müqəddəs kitabınızda söhbət təmiz, duru
sudan gedir. Niyə eləsini vermirsiniz?
264 – Bəlkə də, ona görə ki... – onun səsi titrədi, – sizin
təbirinizlə desək, mən həmin suyu quyudan çəkib çıxaran
zəncirin lap son halqasıyam. Bəlkə də, yüzüncü, mininci
halqasıyam və həmin su da mənə çatana qədər bulanır. Bir
məsələni də deyim, Şnir... Eşidirsiniz?

– Eşidirəm.
– Siz hər hansı bir qadını onunla yaşamadan da sevə
bilərsiniz.
– Doğrudan? Yəqin ki, indi bakirə Məryəmdən söhbət
açacaqsınız.
– İstehza eləməyin, Şnir. Bu, sizə yaraşmır.
– İstehza eləmirəm. Tutaq ki, mən başa düşmədiyim bir
şeyə hörmət etməyi bacarıram, bununla belə, monastıra
getmək istəməyən gənc qıza bakirə Məryəmi nümunə
göstərməyi bağışlanılmaz səhv hesab edirəm. Hətta bir dəfə
bu barədə mühazirə də oxumuşam.
– Doğrudan? Harada?
   259   260   261   262   263   264   265   266   267   268   269