Page 238 - heynrix
P. 238
HAYNRİX BÖLL

qalırdı. İki əllə, iki ayaqla tələsikliyin törətdiyi dəhşətli
qarmaqarışıqlığı bütün varlığı ilə yarada bilirəm. Məqsədim
rekvizitdən az istifadə etmək, imkan olan yerdə isə heç
eləməməkdir. Məsələn, “Məktəbə getmək və evə qayıtmaq”
adlı nömrədə çanta lazım gəlmir. Əlimi elə tuturam ki, guya
çiynimdədir və küçədə qaynaşan tramvayların arasından
sivişib keçir, avtobus gedə‐gedə tullanıb minir, elə gedə‐gedə
də düşürəm. Sonra ağzımı ayırıb vitrinlərə tamaşa edir,
təbaşirlə evlərin divarlarını səhv‐sühv yazılarla doldurur, dərsə
gecikirəm. Müəllim məni danlayır və nəhayət, çantanı
çiynimdən çıxarıb kirimişcə yerimə keçirəm. Uşaq həyatındakı
incə lirizm çox yaxşı alınır. Onun şitliyi də gözəldir. Uşaq da
tənhadır, qayda‐qanun tanımır, həyatı da başdan‐ayağa
faciədir. Onun da bir uşaq kimi “asudə vaxt”ı olmur. Bu vaxt
yalnız “nizam‐intizam prinsipləri”ni qəbul eləyəndən sonra
başlayır. Başqalarının “asudə vaxt”ı necə keçirdiyini görün‐
məmiş bir maraqla izləyirəm. Məsələn, fəhlə işdən çıxan kimi
238 pulunu alıb cibinə qoyur, motosikletinə minir. Birja dəllalı tele‐
fon dəstəyini birdəfəlik asır, qeyd dəftərçəsini siyirməyə qoyub
ağzını bağlayır. Ərzaq mağazasında satıcı işləyən qız önlüyünü
çıxarır, əllərini yuyur, güzgünün qabağında dayanıb saçlarını
qaydaya salır, dodaqlarına boya çəkir, sonra çantasını götürüb
yola düzəlir. Bunlar mənə o qədər təbii görünür ki, çox vaxt
özümü insan hesab eləmirəm, çünki “asudə vaxt”ım yalnız və
yalnız səhnədə göstərdiyim nömrələrdən ibarət olur.
Heyvanların da “asudə vaxt”ının olub‐olmaması barədə
Mariya ilə çox danışmışıq. Məsələn, gövşəyən inək, hasara
qısılıb mürgü döyən eşşək... Deyirdi ki, heyvanların da
işlədiyini, buna görə “asudə vaxt”larının olduğunu fikirləşmək
kafirlikdir. Yuxu “asudə vaxt” kimi bir şeydir, insanlarla
heyvanları eyniləşdirən ən gözəl vasitədir. Ancaq “asudə
vaxt”ın asudəliyi ondadır ki, ondan şüurlu şəkildə ləzzət ala
biləsən. Hətta həkimlərin də “asudə vaxt”ı olur, hələ lap
keşişlərin də... Bu sözləri eşidəndə əsəbiləşdim. Keşişlərin
“asudə vaxt”ı ola bilməzdi, yoxsa, ən azı, sənətkarları başa
   233   234   235   236   237   238   239   240   241   242   243