Page 150 - heynrix
P. 150
HAYNRİX BÖLL
Sonra qarşımda dayanıb mənə baxdı, üzünün ifadəsindən
gördüm ki, mənə nəsə olub. Gördüm və tamam ayıldım. Gör‐
düm ki, ilk öncə pula görə narahatdır. Elə bildi ki, pul məsələ‐
sidir. Bunu üzündən oxudum.
– Boqner, – yavaşdan dilləndi, – xəstəsiniz, yoxsa sərxoş?
Çekləri də, içində pul olan zərfi də cibimdən çıxarıb Serjə
uzatdım. Onları alıb, baxmadan stolun üstünə qoydu.
– Boqner, deyin görüm, sizə nə olub?
– Heç nə, – dedim, – heç nə olmayıb.
– Özünüzü pis hiss edirsiniz?
– Xeyr, – dedim, – fikirləşirəm... Yadıma bir şey düşdü...
Və Serjin tərtəmiz sifətinə baxa‐baxa hər şeyi təzədən
gördüm. Keteni – arvadımı gördüm, səs eşitdim: “Paltolar?”
Yenə Keteni, Qrüneştrasseni, onun qəhvəyi rəngli nimdaş
gödəkcəsini gördüm, kiminsə “Əczaçıların sərgisinə “H” xətti
ilə gedən xüsusi tramvay...” deyən səsini eşitdim, kilsənin qara
rəngli qapısını, uşaqların qəbri üstünə qoymaq üçün aldığı
150 uzun saplaqlı astra çiçəklərini gördüm, kiminsə “Gül kələm”
çığırdığını eşitdim. Hamısını yenidən gördüm, hamısını yeni‐
dən eşitdim... Serjin sifətinin arxasından Ketenin incə, kədərli
çöhrəsini gördüm...
Serj gözlərim önündən çəkiləndə dümağ divarda indiyə‐
cən qalanmamış saxsı sobanı, qəhvə fincanını ağaran dişləri
önündə tutan yavalını gördüm...
– Maşın! – Serj telefonda kiməsə qışqırdı. – Tez bir maşın
göndərin!
Sonra yenə onun sifətini gördüm, ovcumda pul olduğunu
hiss elədim, aşağı baxdım: parlayan beşmarklıq idi... Serjin səsi
gəldi:
– Evə getmək lazımdır!
– Elədir, – dedim, – evə...