Page 146 - heynrix
P. 146
HAYNRİX BÖLL

anlar olurdu ki, özümün haqlı, qalanların haqsız olduğunu
düşünürdüm, çünki hamısı gözəl danışmağı bacarırdı, mən isə
söz tapmırdım.

Fikirləşdim ki, bəlkə, bir fincan qəhvə alım, oturub qəzetə
baxım. Küçənin ortası ilə getsəm də, onun səs‐küyünü sanki
uzaqdan eşidirdim. Kimsə bananı tərifləyirdi...

“Bonneberq” mağazasının vitrinləri qarşısında ayaq
saxladım, yüngül yaz paltolarına, həmişə görəndə qorxduğum
manekenlərin sifətinə baxdım. Paltomun qoltuq cibindəki
çekləri saydım, içində nağd pul olan zərfin yerində olduğuna
əmin oldum və qəflətən gözlərim “Bonneberq” vitrinlərini iki
yerə bölən qalereyaya sataşdı: orada qəlbimi titrədən, eyni za‐
manda məni yerimdən oynadan bir qadın gördüm. Cavan ol‐
masa da, gözəl idi, ayaqlarını, yaşıl ətəyini, nimdaş qəhvəyi
gödəkcəsini, yaşıl şlyapasını, hər şeydən əvvəl də, yandan incə,
kədərli sifətini gördüm və bircə anlığa – heç bilmirəm nə qədər
çəkdi – ürəyim dayandı. Şüşə arakəsmələrdən gördüm...
Gördüm ki, paltarlara baxır, ancaq fikri başqa yerdədir. Hiss
146 etdim ki, ürəyim təzədən döyünməyə başladı, yenə onun yan‐
dan sifətini gördüm və qəflətən başa düşdüm ki, Ketedir...
Yenə də mənə yad gəldi, bir anlığa şübhələndim ki, bərk
istilənmişəm, fikirləşdim ki, yəqin, dəli olacağam, ancaq o, yo‐
luna davam etdi, yavaş‐yavaş arxasınca getdim, şüşə arakəs‐
mələrin arxasından çıxanda gördüm ki, doğrudan da, Ketedir.

O idi, ancaq başqa cür görünürdü, yaddaşımda olana heç
oxşamırdı. Arxasınca küçə ilə gedərkən də dünən bütün gecəni
bir yerdə qaldığım, on beş ildən bəri evli olduğum arvadım
mənə gah yad, gah doğma göründü.

“Bəlkə, doğrudan, dəli olacağam”, – fikirləşdim.
Kete dükanlardan birinə girəndə dəhşət məni bürüdü,
göysatanın əl arabasının yanında dayandım, gözüm dükanın
qapısında qaldı, lap yanımda dayanmış, ancaq səsi sanki o
dünyadan gələn kişinin çığırtısını eşitdim: “Gül kələm! Gül
kələm! İkisi bir mark...”
Mənasız da olsa, Ketenin heç vaxt bu dükandan çıxma‐
yacağından qorxdum. Qapıya baxdım, kartondan kəsilmiş,
   141   142   143   144   145   146   147   148   149   150   151