Page 143 - heynrix
P. 143
İ ROMAN
– Nə varsa, açıq deyin! Arvadım barədə nə danışırlar? ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Deyirlər yenə uşağı olacaq.
– Lənət şeytana! – dedim. – Arvadım özü bunu dünən 143
bilib...
– Gizli xəbərlər agentliyi arvadınızdan əvvəl xəbər tutub.
– Frölayn Hanke, burda nə baş verir?
Qız telefon zənginə cavab verib, kimisə kiminləsə
birləşdirdi.
– Elə bir şey olmayıb, doğru sözümdür. Deyirlər, siz içir‐
siniz, arvadınız da hamilədir... Bir də, siz çoxdan arvadınızdan
ayrılıbsınız.
– Düz deyirlər!
– Görürsünüz?! Mən yalnız xəbərdarlıq edirəm: Tsim‐
merdən, Brezqendən, frölayn Hextdən özünüzü gözləyin. An‐
caq idarədə dostlarınız da var, onlar düşmənlərinizdən çoxdur.
– İnanmıram.
– Mənə inanın, – dedi, – ən çox da rahiblər... Hamısının
sizdən xoşu gəlir. – Yenə gülümsədi. – Onlarla oxşar cəhət‐
ləriniz çoxdur, siz də içən yeganə adam deyilsiniz.
Gülüb soruşdum:
– Mənə bir şeyi də deyin: kim sirkə ilə yavaş‐yavaş Tsim‐
merin axırına çıxır?
– Bilmirsiniz? – o, təəccüblə güldü.
– Doğrudan, bilmirəm.
– İlahi, yeparxiyanın yarısı bunu bilir və gülür. Ancaq siz
bu dedi‐qoduların mərkəzində otura‐otura bundan xəbəriniz
yoxdur. Elə isə bilin: Vupp... Dekan Vuppun bir bacısı var,
“Mariyanın mavi paltosu” monastırında mətbəxə rəhbərlik
edir. Əlavə nəsə deyim?
– Deyin! Mənim heç nədən xəbərim yoxdur.
– Tsimmer Vuppu prelat olmağa qoymayıb. O da əks
gediş eləyir: əlli pfenniqə ən ucuz sirkə alınır, Tsimmer gələn
kimi “Mariyanın mavi paltosu” monastırındakı mətbəxin bir
küncündə gizlədilmiş həmin sirkə “işə düşür”. Yaxşı, gedin, Serj
sizi gözləyir.
Başımla razılıq edib çıxdım. Hanke ilə söhbətdən sonra
həmişə özümdə qəribə yüngüllük hiss edirəm. Çətin işləri