Page 147 - heynrix
P. 147
İ ROMAN
irişə‐irişə qəhvə fincanını ağaran dişləri önündə tutmuş ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
yavalını gördüm, səsi sanki dərin bir quyudan gələn göysatanın
çığırtısını eşitdim: “Gül kələm! Gül kələm! İkisi bir mark”. Çox 147
şeylər düşündüm, ancaq nə barədə düşündüyümü özüm də
bilmədim və Kete qəflətən mağazadan çıxanda diksindim. O,
Qrüneştrasseyə tərəf addımladı. Bərk gedirdi, onu bircə anlığa
gözümdən itirəndə qorxdum. Sonra bir oyuncaq mağazasının
vitrini önündə dayandı. Mən onun yandan kədərli görünü‐
şünü, bütün vücudunu görə bildim: bu vücud illər uzunu
yanımda uzanmışdı, onu dörd saat bundan əvvəl görmüşdüm,
ancaq indi, az qala, tanımamışdım.
Geri dönəndə özümü tələsik küçədəki köşkün arxasına
verdim. O, məni görməsə də, mən onu yaxşı görürdüm.
Bazarlıq zənbilindən bir parça kağız çıxarıb oradakı siyahıya
baxdı, yanımda bir kişi böyürdü: “Cənablar, əgər siz nəzərə
alsanız ki, əlli il – düz əlli il üzünüzü qırxırsınız, deməli,
dəriniz...”
Ancaq Kete yoluna davam etdi, kişinin dediklərini axıra
qədər eşidə bilmədim, arvadımın arxasınca getdim, ondan
təxminən qırx addım geridə Bildonerplatsda tramvay
xətlərinin kəsişdiyi yerə gəlib çıxdım. Kete bir gül köşkünün
qarşısında dayandı. Onun əllərini gördüm, özünə diqqətlə
baxdım. Məni onunla çox şeylər bağlamışdı, hələ heç kəslə
belə bağlı olmamışdım. Onunla yalnız bir yerdə yatmamışdım,
on il fasiləsiz bir yerdə yemişdim, söhbət etmişdim... Məni
onunla elə bir şey bağlayırdı ki, yalnız bir yerdə yatmaq adamı
bir‐birinə belə bağlaya bilməz. Hətta elə vaxtlar olmuşdu ki,
bir yerdə dua etmişdik.
İri, sarı, ağ astra çiçəkləri alıb, yavaş‐yavaş yoluna davam
etdi. Bayaq sürətlə addımlayan Kete indi çox yavaş gedirdi və
mən bilirdim ki, indi nə barədə düşünür. Həmişə deyir: “Mən
uşaqlarımızın heç vaxt oynaya bilmədikləri çəmənliklərdə
bitən çiçəklər alıram”.
Birimiz irəlidə, birimiz arxada gedirdik, hər ikimiz də
uşaqlar barədə düşünürdük, ancaq ona çatmağa, danışmağa
ürək eləmirdim. Ətrafımdakı səs‐küyü güclə eşidirdim: lap
uzaqlardan mikrofona danışan diktorun həzin səsi qulağımda
cingildəyirdi: “Diqqət, diqqət! Əczaçılıq sərgisinə xüsusi tram‐