Page 142 - heynrix
P. 142
HAYNRİX BÖLL
– Kimdən şübhələnirsiniz?
– V.‐dən. Yəqin ki, onun işi olar. Lap iyrənirəm...
– İyrənc işdir. Bu barədə sonra danışarıq.
– Bəli, sonra...
Az qala sirkə davasının sirrindən agah olacaqdım.
On ikiyə təxminən beş dəqiqə işləyəndə Serj mənə zəng
elədi:
– Boqner, şəhərə getməyə həvəsiniz var?
– Buranı boş qoya bilmərəm, cənab prelat.
– Sizi yarım saatlığa əvəz elətdirərəm. Banka getmək
lazımdır, vəssalam. Ancaq həvəsiniz varsa... Adam bəzən
bayıra çıxmaq istəyir.
– Məni kim əvəz edəcək?
– Frölayn Hanke. Katibim burda yoxdur, Hanke də beli
ağrıdığına görə gedə bilmir. Həvəsiniz var?
– Bəli, – dedim.
– Gördünüz?! Hanke çatan kimi gəlin.
Hanke həmin dəqiqə gəldi. O, hər dəfə bədənini qəribə
142 tərzdə yırğalaya‐yırğalaya içəri girəndə bir az qorxuram. Ha‐
rasa getməli olanda məni həmişə o əvəz edir: diş həkiminə
gedəndə və ya Serj harasa iş dalınca göndərəndə... Ona görə
göndərir ki, bir az özümə gəlim. Hanke ucaboy, arıq, qarayanız
qızdır, üç il qabaq, iyirmi yaşı olanda xəstələnib, ancaq zərif,
mülayim çöhrəsinə tamaşa etməkdən xoşum gəlir. Gül
gətirmişdi, bənövşəyi astra çiçəklərini güldana qoyandan
sonra mənə əl verib:
– Gedin, – dedi. – Uşaqlarınız necədir?
– Yaxşıdırlar, yaxşıdırlar, – deyib paltomu geydim.
– Boqner, – qız gülümsədi, – kimsə sizi sərxoş görüb. Ona
görə deyirəm ki, Tsimmer yenə başlasa, xəbəriniz olsun.
– Təşəkkür edirəm.
– Sizə içmək olmaz!
– Bilirəm.
– Bəs arvadınız? – qız ehtiyatla soruşdu. – Arvadınız
necədir?
Paltomun yaxasını düymələyib onun üzünə baxdım: