Page 138 - heynrix
P. 138
HAYNRİX BÖLL
yavaş‐yavaş gedirdilər, kitabların ağırlığından çiyinləri qısıl‐
mışdı. Kədər məni bürüdü, çünki özümü gördüm... Gördüm
ki, çanta çiynimdə küçə ilə gedirəm, kitabların ağırlığından
çiyinlərim qısılıb. Artıq uşaqları deyil, özümü görürdüm,
özümə yuxarıdan baxırdım: sarışın hörüklü, ilmələr və Böyük
Karlın nə vaxt öldüyü barədə düşünən balaca bir qız uşağı...
Geri qayıdanda frau Franke asılqanın yanındakı güzgünün
önündə dayanıb şlyapasına dolanmış bənövşəyi rəngli yaylığı
düzəldirdi. Saat səkkiz ibadəti üçün zənglər çalındı. Salam
verib mənə tərəf gəldi, qaranlıq dəhlizdə qarşımda dayanıb
gülümsədi:
– Deyirlər, əriniz sizi atıb gedib, – mehribanlıqla dilləndi,
– düz deyirlər?
– Düz deyirlər, – sakitcə cavab verdim, – bizi atıb gedib.
Özüm də heyrətləndim ki, ona qarşı nifrət hiss eləmədim.
– Həm də içir, eləmi? – qəşəng şlyapasının üstündəki
yaylığı bərkitdi.
138 – Həm də içir, – yavaşdan dedim.
Sakitlik idi. Yalnız taxta oyuncaqları ilə “danışan” uşağın
vığıltısı eşidilirdi. Sonra diktorun səsi gəldi. Beş dəfə, altı dəfə,
yeddi dəfə təkrarladı: “Saat yeddi otuz doqquz dəqiqədir...
Bəlkə, siz cazibədar arvadınızı qoyub getməlisiniz... Bəlkə, Bul‐
verin şən səhər marşına qulaq asmaq istəyirsiniz”. Sonra səhər
marşını eşitdim, onların bu rəsmi şənlik musiqisi məni sanki
qamçılayırdı. Frau Franke qarşımda dayanıb nə tərpənir, nə də
dinirdi, ancaq onun gözlərindəki amansız parıltını görür,
zəncinin bircə dəfə eşitdiyim xırıltılı səsindən ötrü darıxırdım.
O xırıltılı səsi eşitdiyim gündən onu əbəs yerə gözləməyə
başladım:
Və bircə kəlmə də demədi.
Frau Frankeyə “yaxşı, sağ olun” deyib, böyründən eh‐
malca adlayıb öz otağıma girdim. O heç nə demədi. Balacanı
qucağıma alıb köksümə sıxdım, dəhlizdən ibadətə gedən frau
Frankenin addım səslərini eşitdim.