Page 134 - heynrix
P. 134
HAYNRİX BÖLL
Küçə şokolad fabrikinə gedən qızlarla dolu idi. Onların
üzündəki sevinci görəndə təəccübləndim. Çoxu qol‐qola girib
gedir, danışıb gülüşürdülər.
Biz qəhvəxanaya girəndə Baş Kilsənin zəngləri çalındı:
yeddiyə on beş dəqiqə qalırdı. Qız arxası bizə tərəf dayanıb
qəhvəbişirən maşını silirdi. Bircə stol boş idi. Ağıldankəm uşaq
sobanın yanında oturub şirnisini sorurdu. İçəri isti və tüstülü
idi. Qız geri dönüb məni görəndə gülümsədi, “oho!” dedi,
sonra gah Fredə, gah mənə baxıb yenə gülümsədi, boş stola
tərəf qaçıb onu sildi. Fred qəhvə, kökə və yağ sifariş verdi.
Oturduq. Qızın doğrudan da sevinməsi mənə ləzzət elədi.
Boşqabları stolun üstünə düzəndə çaşdığından qulaqları bir
az qızardı. Ancaq mən narahat idim, elə hey uşaqlar barədə
düşünürdüm, ona görə səhər yeməyi çox da yaxşı alınmadı.
Fred də narahat idi. Gördüm, nadir hallarda qız tərəfə baxır,
çalışır ki, nəzərlərim başqa tərəfə yönələndə gözü məndə
olsun, mən də ona tərəf dönəndə baxışlarını qaçırdırdı. Mey‐
xanaya çox adam girib‐çıxdı, qız onlara çörək, kolbasa, süd
134 verdi, pul aldı, bəzilərinin qalığını qaytardı, hərdən mənə tərəf
baxıb gülümsədi, sanki bununla yalnız ikimizin bildiyimiz bir
razılaşmanı unutmadığını bildirdi. Adamlar seyrələndə ağıldan‐
kəm oğlanın yanına gedib onun ağzını sildi, bir neçə dəfə
“Bernhard, Bernhard” dedi. Onun oğlan haqqında dediklərini
bir‐bir xatırladım. Və dünən günahlarımı etiraf etdiyim keşiş
içəri girəndə... çox qorxdum. Keşiş qıza baxıb gülümsədi, pul
çıxarıb verdi, qırmızı qutulu siqaret aldı. Fred də maraqla ona
baxırdı. Sonra keşiş qutunu açdı, meyxanaya ötəri nəzər saldı,
məni görəndə hiss etdim ki, diksindi. Üzündəki təbəssüm yoxa
çıxdı, siqareti qara paltosunun cibinə dürtdü, mənə tərəf
gəlmək istəsə də, qızarıb geri qayıtdı. Özüm ayağa durub ona
tərəf getdim.
– Sabahınız xeyir, cənab keşiş, – dedim.
– Sabahınız xeyir, – pərt halda ətrafına baxıb pıçıldadı. –
Sizinlə söhbətim var, bu gün səhər‐səhər evinizə də get‐
mişdim.
– İlahi!!!