Page 136 - heynrix
P. 136
HAYNRİX BÖLL

Fred məni avtobus dayanacağına gətirdi. Danışmadıq,
yalnız avtobus görünəndə tələsik öpüşdük. Gördüm ki, həmişə
olduğu kimi, yenə xeyli vaxt yerindən tərpənmədi: köhnə pal‐
tarda, kədərli... Sonra yavaş‐yavaş, bir daha geri baxmadan
vağzala tərəf getdi.

Çirkli pilləkənlə evə qalxanda mənə elə gəldi ki, burada
olmamağım əbədiyyətin özü qədər uzun çəkib və yadıma
düşdü ki, uşaqları hələ heç vaxt belə uzun müddətə tək
qoymamışdım. Bina səs‐küylü idi, çaydanlar fışıldayır, radiolar
rəsmi xəbərləri verirdilər, ikinci mərtəbədə isə Mezevits arvadı
ilə dalaşırdı. Ancaq bizim qapının arxasında sakitlik idi. Zəngi
üç dəfə basıb gözlədim, yalnız Bellerman qapını açanda
uşaqların səsini eşitdim. Üçünün də səsi gəldi, Bellermana
ağızucu salam verib, uşaqları görmək üçün onun yanından tez
keçib otağa cumdum. Ədəb‐ərkanla stolun ətrafında otur‐
muşdular – mənim vaxtımda heç vaxt belə oturmazdılar – və
mən içəri girən kimi söhbətlərini, gülüşlərini kəsdilər. Yalnız
136 bircə anlığa sükut çökdü, birdən‐birə elə bil havam çatmadı,
qorxdum... Bircə an çəkdi... Ancaq həmin anı həyatım boyu
unutmayacağam.

Sonra böyüklərin ikisi də ayağa durub məni qucaqladı,
balacanı qucağıma alıb öpdüm, hiss etdim ki, göz yaşlarım
yanaqlarıma süzülür. Bellerman artıq paltosunu geyib, papa‐
ğını əlində tutmuşdu.

– Sizi incitmədilər ki? – soruşdum.
– Zərrə qədər də...
Uşaqlar ona baxıb gülümsədilər.
– Bircə dəqiqə, – deyib balacanı yerinə oturtdum, çək‐
məcədən pulqabımı götürüb Bellermanla dəhlizə çıxdım. Frau
Frankenin şlyapası, cənab Frankenin papağı asılqanda idi,
ayaqyoludan çıxan frau Hopf da salam verdi. Saçlarında kağız
burmaclar, qoltuğunda şəkilli jurnal vardı. Otağına girənə
qədər gözlədim, sonra Bellermana baxıb dedim:
– On dörd, eləmi?
– On beş, – deyə gülümsədi.
Ona on beş mark verib dedim:
   131   132   133   134   135   136   137   138   139   140   141