Page 131 - heynrix
P. 131
İ ROMAN

Səs salmamaq üçün ehtiyatla yuyundum, paltarımı ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
geyinib geri dönəndə gördüm, Fred mənə baxır. Gözlərini qıya‐
qıya baxırdı, sonra siqaret yandırıb dedi: 131

– Sabahın xeyir!
– Sabahın xeyir!
– Özünü pis hiss eləmirsən ki?
– Qətiyyən... Çox yaxşıyam.
– Çox gözəl, – dedi, – tələsmək lazım deyil.
– Getməliyəm, Fred, çox narahatam.
– Bəs bir yerdə səhər yeməyinə getməyəcəyik?
– Yox, – dedim.
Şokolad fabrikinin zəngi çalındı, qorxunc uğultu üç dəfə
səhərin bağrını yardı. Çarpayının kənarında oturub çəkmələ‐
rimin bəndini bərkitdim, hiss etdim ki, Fredin əli arxadan
nəvazişlə saçlarıma toxunub sığal çəkdi.
– Əgər dünən dediklərinin hamısı doğrusa, deməli, bir
daha görüşməyəcəyik. Elə isə birlikdə son dəfə qəhvə içmə‐
yək?
Susdum, ətəyimin zəncirbəndini yuxarı çəkdim, koftamı
düymələdim, güzgüyə yaxınlaşıb saçlarımı daradım. Ancaq
özümü güzgüdə görmədən daradım və hiss etdim ki, ürəyim
döyünür. Dünən nə dediyimi yalnız indi başa düşdüm, ancaq
sözlərimi geri götürmək istəmədim. Onda yüz faiz əmin idim
ki, qayıdacaq, ancaq indi bu inam nədənsə qırıldı. Onun necə
durduğunu eşitdim, çarpayının yanında dümdüz dayandığını
güzgüdə gördüm, bir də onu gördüm ki, üst‐başdan da düşüb.
Gündəlik geydiyi köynəklə yatmışdı, saçları dağılmışdı,
qaşqabaqlı idi. Darağı saçlarıma necə gəldi çəkirdim. Bizi atıb
gedə biləcəyi barədə heç vaxt ciddi düşünməmişdim, ancaq
indi fikirləşməli oldum. Ürəyim dayandı, sonra yenə döyün‐
məyə başladı, bir də dayandı. Diqqətlə onun damağında
siqaret, şalvarının düymələrini necə tənbəl‐tənbəl bağladı‐
ğına, kəməri bərk‐bərk çəkdiyinə, corabları, ayaqqabıları
geydiyinə baxdım. Sonra köks ötürərək dayandı, əlləri ilə
alnına dağılmış saçlarını geri elədi, qaşını sığalladı və mən on
beş il bu adamla necə evli qaldığımı anlaya bilmədim.
   126   127   128   129   130   131   132   133   134   135   136