Page 127 - heynrix
P. 127
İ ROMAN

– Ancaq sən bizi ona görə atıb gedibsən ki, şirin xəyallara ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
qapılasan. Bu, yaxşı iş deyil... Sən o dükandakı qıza məmnuniy‐
yətlə tamaşa edirsən, elə deyilmi? 127

– Hə, mən o qıza məmnuniyyətlə tamaşa edirəm. Böyük
məmnuniyyətlə. Tez‐tez də onun yanına gedəcəm, ancaq o
qıza görə səni atmağı ağlıma da gətirmərəm. O, çox dindardır.

– Dindardır? Sən bunu hardan bilirsən?
– Çünki onu kilsədə görmüşəm. Necə diz çökdüyünü,
xeyir‐dua aldığını görmüşəm. Kilsədə üçcə dəqiqə oldum,
gördüm, kəmağıl oğlanla diz çökdülər, keşiş də hər ikisinə
xeyir‐dua verdi. Necə dindar olduğu hərəkətlərindən bilinirdi.
Arxasınca getdim, çünki qəlbimi titrətdi.
– Neylədi?
– Qəlbimi titrətdi.
– Mən də sənin qəlbini titrətmişəm?
– Sən mənim qəlbimi titrətməyibsən, onu yerindən
oynadıbsan. Onda sənin dərdindən xəstə düşmüşdüm. Heç
cavan da deyildim, otuza çatmışdım... Sən mənim qəlbimi
yerindən oynatdın. Mənə elə gəlir, bunu başqa cür demək
olmaz... Səni çox sevirəm.
– Sənin qəlbini çox qadın belə titrədib?
– Xeyli var. Bir neçəsi. Yeri gəlmişkən, bu ifadədən özü‐
mün də xoşum gəlmir, ancaq başqa söz tapa bilmirəm. Gərək
“nəvazişlə titrətdi” deyəydim. Bir dəfə Berlində qəlbimi
titrədən bir qadına rast gəlmişəm. Qatarda pəncərənin qaba‐
ğında dayanmışdım, həmin anda perronun o biri tərəfindəki
yola qatar gəldi, pəncərələrindən biri düz mənimkinin önündə
dayandı. Şüşəsi tərləmişdi, onu aşağı salanda sifətini gördüm,
o dəqiqə də qəlbim titrədi. Ucaboy, qaraşın bir qadın idi, ona
baxıb gülümsədim. Bizim qatar tərpəndi, başımı pəncərədən
çıxarıb, gözdən itincəyə qədər ona əl elədim. Onu bir daha
görmədim, heç görmək də istəmirdim.
– Ancaq qəlbini titrətdi! Qəlbini titrədənlərin hamısı
barədə mənə danış, Fred. O da sənə əl elədi? Qəlbini titrədəni
deyirəm...
   122   123   124   125   126   127   128   129   130   131   132