Page 124 - heynrix
P. 124
HAYNRİX BÖLL

başa düşürəm, Fred, bəlkə, sən fikirləşdiyindən də yaxşı başa
düşürəm. Hansı hisləri keçirdiyini də bilirəm. Bilirəm ki, bəzən
kirin‐pasın içində eşələnmək ləzzətli olur. Bunların hamısını
bilirəm... Bəlkə də, bunları başa düşməyən bir qadınla
evlənsəydin, daha yaxşı olardı. Ancaq sən uşaqları unudur‐
san... Onlar var... Yaşayırlar... Elə uşaqlara görə də indiki vəziy‐
yətə dözə bilmirəm. İkimizin də içməyə başladığımız günlərin
necə olduğunu özün yaxşı bilirsən. Onda içkini atmağı xahiş
edən sən idin.

– Doğrudan, dəhşətli idi... Evə gələndə uşaqlar iyini hiss
edirdi... Ancaq o vaxt sənin içməyində də mən günahkar idim.

– Söhbət burda kimin günahkar olduğundan getmir... –
O, boşqabı kənara qoyub, pivədən bir qurtum aldı. – Mən
bilmirəm, heç bilməyəcəm də, sən günahkarsan, yoxsa gü‐
nahkar deyilsən... Xətrinə dəymək istəmirəm, Fred, ancaq
mən sənə qibtə edirəm...

– Qibtə edirsən?
124 – Hə, ona görə qibtə edirəm ki, sən hamilə deyilsən. İstə‐

diyin vaxt aradan çıxa bilərsən, mən də bunu başa düşərəm.
Saatlarla qəbiristanlıqlarda gəzərsən, şnaps almağa pulun ol‐
mayanda da qüssə‐kədərindən keflənərsən. Bizim yanımızda
olmadığın üçün kədərdən keflənirsən. Bilirəm ki, uşaqları
sevirsən, məni də sevirsən... Bizi çox sevirsən, ancaq heç vaxt
bu barədə düşünmürsən ki, dözə bilmədiyin, qaçıb canını
qurtardığın bu vəziyyət yavaş‐yavaş bizim axırımıza çıxır, çünki
yanımızda deyilsən. Heç vaxt da ağlına gəlmir ki, sənə yalnız
dua kömək edə bilər. Amma dua etmirsən, elə deyilmi?

– Çox nadir hallarda, – dedim. – Bacarmıram...
– Elə üzündən görünür, Fred... Qocalmısan... Əməlli‐başlı
qoca görünürsən... Subay, zavallı bir qoca kimi... Hərdən öz
arvadı ilə yatmaq hələ onunla evli olmaq demək deyil.
Müharibə vaxtı bir dəfə mənə dedin ki, əsgər olmaqdansa,
mənimlə zir‐zibilli bir zirzəmidə yaşamaq daha yaxşıdır. Özü
də bunu mənə yazanda cavan oğlan deyildin, otuz altı yaşın
vardı. Hərdən mənə elə gəlir, səni müharibə sındırdı. Əvvəllər
başqa cür idin...
   119   120   121   122   123   124   125   126   127   128   129