Page 119 - heynrix
P. 119
İ ROMAN

iki təmiz kağız dəsmal çıxarıb stulun üstünə sərdi və biz ətdən, ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
çörəkdən götürüb yedik, pivə içdik.
119
– Doymadım, Fred, – deyə üzümə baxıb gülümsədi. –
Bilmirəm, uşağa qaldığımı bildiyim üçünmü belə çox yeyirəm,
yoxsa, doğrudan, əməlli‐başlı acam...

– Nə qədər istəyirsən, ye, – dedim. – Gedim nə gətirim?
– Bir parça da pörtlədilmiş ət, xiyar, bir də pivə. Parçı da
özünlə apar, – onu axıracan içib mənə verdi.
Yenə meyxanaya düşdüm, qadın parçı doldurana qədər
bir şnaps da içdim. O, bayaqkına nisbətən mənimlə mehriban
rəftar edirdi. Boşqaba bir parça pörtlədilmiş ət, xiyar qoyub
yaş piştaxtanın üzəri ilə mənə tərəf sürüşdürdü. Bayır tamam
qaranlıqlaşmışdı. Meyxana, demək olar ki, boş idi, ancaq rəqs
zalından səs‐küy eşidilirdi. Aldıqlarımın pulunu verəndən
sonra iki markım qaldı.
– Sabah tezdən gedəcəksiniz? – qadın soruşdu.
– Bəli.
– Onda otağın pulunu indi versəniz, yaxşı olar.
– Artıq vermişəm.
– Belə de... Elə isə çıxmamışdan əvvəl parçları, boşqabı
gətirin. Başımıza gəlib... Gətirəcəksiniz, elə deyilmi?
– Əlbəttə, – dedim.
Kete arxası üstə uzanıb siqaret çəkirdi. Mən onun yanın‐
da oturanda dedi:
– Bura nə gözəldir! Mehmanxanaya gəlmək çox gözəl ide‐
ya oldu. Çoxdandır mehmanxanada qalmamışdıq. Bura baha‐
dır?
– Səkkiz mark.
– Bu qədər pulun var ki?
– Artıq vermişəm. İndi iki markım qalıb.
Çantasını götürüb, içindəkiləri adyalın üstünə boşaltdı.
Meydançada ona verdiyim qəpikləri diş fırçasının, sabunqabı‐
nın, dodaq boyasının, medalyonun arasından bir‐bir “dən‐
lədik” – dörd mark çıxdı.
– Yaxşı oldu, – dedim, – bununla da səhər yeməyinə
gedərik.
   114   115   116   117   118   119   120   121   122   123   124