Page 118 - heynrix
P. 118
HAYNRİX BÖLL
– Həkimə?
– Xeyr, – dedim.
Telefonu piştaxtanın üstü ilə mənə tərəf itələdi. Nömrəni
yığmamışdan əvvəl dedim:
– Lütfən, iki pivə də verərsiniz. İndi isə bir qədəh şnaps...
Frau Röderin nömrəsini yığdım, zəng səsini eşidib gözlə‐
dim. Qadın şnapsı piştaxtanın üstü ilə mənə tərəf sürüşdürdü,
boş bir pivə parçı götürüb krana tərəf getdi.
– Alo... – telefonda Frau Röderin səsi eşidildi. – Alo,
danışan kimdir?
– Boqnerdir, – dedim.
– Aha, sizsiniz...
– Xahiş edirəm, bir yuxarı....
– Hər şey qaydasındadır. İndi yuxarıda idim. Uşaqların
kefi kökdür, cavanlarla şənliyə getmişdilər. Şarları da var. Elə
indi qayıdıblar. Qırmızı leyləklərdir. Əsl rezindəndir, keyfiy‐
yətlidir... Özü də iri‐iri...
118 – Frankelər qayıdıb?
– Xeyr, gec qayıdacaqlar. Bəlkə, səhər tezdən qayıtdılar.
– Doğrudan, hər şey yaxşıdır?
– Yaxşıdır, narahat olmağa dəyməz. Arvadınıza salam
deyin. Təzə dodaq boyası yaxşı idi?
– Söz ola bilməz! Çox sağ olun!
– Dəyməz! Hələlik!
Mən də “hələlik” deyib, dəstəyi yerinə qoydum, qədəhi
boşaldıb, ikinci pivə parçının necə yavaş‐yavaş dolduğuna bax‐
dım. Dörd dilim ağ çörək də gəlib çıxdı. Əvvəlcə pivələri yuxarı
gətirib çarpayının yanındakı stulun üstünə qoydum. Kete hələ
də uzanıb divar kağızına tamaşa edirdi.
– Evdə hər şey qaydasındadır, – dedim, – uşaqlar
üfürülən leyləklərlə oynayır.
Ancaq o dinmədi, yalnız başını tərpətdi.
İçində yeməklər olan boşqabla qayıdanda Kete hələ də
uzanıb divara baxırdı, ancaq parçlardan biri yarıyacan içilmişdi.
– Yaman susamışam, – dedi.
– İç, iç! – deyib yanında çarpayıya oturdum. Çantasından