Page 114 - heynrix
P. 114
HAYNRİX BÖLL
– Çox deyil, nə üçün içdiyini yaxşı başa düşürəm. Bəlkə,
çalışıb birdəfəlik atasan?! Çünki mənası yoxdur. Müharibədə,
demək olar ki, içməyibsən.
– Müharibədə başqa cür idi. Müharibədə darıxmaqdan
sərxoş olurdum. İnanmazsan ki, adam darıxmaqdan necə
sərxoş ola bilər. Çarpayıda uzanırsan, hər şey gözlərin önündə
canlanır... Götür üç vedrə ilıq su iç – su da səni darıxmaq kimi
sərxoş edəcək. Təsəvvürünə gətirə bilməzsən ki, müharibə
necə cansıxıcı idi. Bəzən sizi fikirləşirdim, imkan düşəndə zəng
edirdim ki, yalnız səsini eşidim, ancaq bu qüssə, kədər
darıxmağın sərxoşluğundan qat‐qat yaxşı idi.
– Sən mənə müharibədən çox danışmayıbsan...
– Danışmağa dəyməz, əzizim. Təsəvvür elə ki, bütün
günü telefonun yanında oturursan, demək olar, yalnız yüksək
çinli zabitlərin səsini eşidirsən. Təsəvvürünə gətirə bilməzsən
ki, zabitlər telefonla danışanda necə səfeh olurlar. İşlətdiyi
sözlərin sayı, zənnimcə, yüz iyirmi ilə yüz qırx arasında olardı.
114 Altı illik müharibə üçün bu, çox azdır. Hər gün səkkiz saat tele‐
fonun yanında oturmaq... Məlumat... Döyüşə hazır ol... Son
damla qanına kimi... Əmr... Son vəziyyət... Raport... Döyüşə
hazır ol... Lap son damla qanına qədər... Geri çəkilmək olmaz...
Fürer... Aman vermək olmaz... Bir az da qadın dedi‐qoduları.
Sən o kazarmaları təsəvvürünə gətir. Demək olar ki, üç il orda
telefonçuluq elədim. Bu qədər darıxmağı illərlə canımdan
çıxarmalıyam. Harasa içməyə getmək istəsəm də, qarşımda
yalnız mundirlər görürdüm. Özün də bilirsən ki, mundirdən
həmişə zəhləm gedib.
– Bilirəm, – dedi.
– Bir leytenant tanıyırdım, telefonda sevgilisinə Rilkedən
şeir oxuyurdu. Düzdür, bu, bir az başqa cür səslənirdi, ancaq
eşidəndə, az qala, o dünyalıq olmuşdum. Elələri də vardı ki,
telefonda bir‐birinə mahnı öyrədirdi. Ancaq çoxu telefonla
ölüm göndərirdi. Bu ölüm məftillərdə titrəyə‐titrəyə gedirdi.
Onlar onu öz nazik səsləri ilə dəstəkdə başqasının qulağına
qışqırırdılar, o da orda çalışırdı ki, kifayət qədər çox adam
qırılsın. Az adam qırılanda yüksək çinli zabitlər deyirdilər ki,