Page 116 - heynrix
P. 116
HAYNRİX BÖLL
Onu qucaqlamaq, çiyinlərindən tutub üzünü özüm tərəfə
çevirmək istədim, ancaq qəflətən başa düşdüm ki, bunu elə‐
mək olmaz.
– İndiki kimi nəsə olsa, tək qala bilməzsən, – dedim.
– Bilirsən, evdə hamilə olduğumdan xəbər tutan kimi
mənə nə qədər lənət oxuyacaqlar?! Bilirsən, hamilə olmaq
necə dəhşətlidir?! Balacaya hamilə olanda özün görürdün,
Fred...
– Hə, görürdüm, – dedim. – Dəhşətli idi. Yay vaxtı... Ci‐
bimdə, heç olmasa, sənə su almağa bircə qəpik də pulum
yox....
– Onda yaman laqeyd idim, – dedi, – pintilikdən ləzzət
alırdım. Az qalırdı, adamların gözünün qabağındaca yerə tü‐
pürüm...
– Bir dəfə tüpürdün də...
– Elədir, Frau Franke uşağın neçə aylıq olduğunu soru‐
şanda tüpürdüm. Düz ayağının ucuna düşdü. Kimsə uşağın
116 neçə aylıq olduğunu soruşanda, bilirsən, adam necə əsəbi‐
ləşir?!
– Elə ona görə mənzil ala bilmədik.
– Yox, ona görə mənzil ala bilmədik ki, sən sərxoşluq
edirsən.
– Doğrudan, elə fikirləşirsən?
– Elədir ki var, Fred! Hamilə qadına çox şeyi keçirlər. Ah,
onda mən pinti idim, hirsli idim, özüm də belə pinti və hirsli
olmağımdan ləzzət alırdım.
– Yaxşı olar ki, üzünü mənə tərəf çevirəsən, onsuz da,
səni gec‐gec görürəm.
– Mənlə işin olmasın. Belə uzanmaq yaxşıdır. Hələ də
sənə nə cavab verəcəyimi düşünürəm.
– Onda tələsmə, – dedim, – gedim yeməyə nəsə gətirim,
həm də zəng eləyim. Nəsə içmək istəyirsən?
– Hə, pivə də gətir, Fred. Mənə bir siqaret də ver.
Əlini çiyni üzərindən mənə uzatdı, qutunu çıxarıb ona
verdim, ayağa durdum. Mən çıxanda hələ də üzü divara uzanıb
siqaret çəkirdi.