Page 121 - heynrix
P. 121
İ ROMAN
bilə uşaqları döyməyini istəmirəm. İstəmirəm... Çox çəkməz, ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
özümüz də bir‐birimizin üstünə qışqırmağa başlayarıq. Mən
isə bunu istəmirəm. Bundan sonra yanına da gələ bilməyə‐ 121
cəm.
Arxası mənə tərəf uzanmışdı və indi ikimiz də binanın ön
tərəfində tez‐tez, özü də sürətlə dəyişən, cürbəcür rənglərlə
gecənin bağrına yazılanları oxuyurduq: “ÖZ ƏCZAÇINA
GÜVƏN!“
– Dediklərimi eşitdin?
– Hə, – dedim, – hamısını eşitdim. Niyə mənim yanıma
gələ bilmirsən ki?
– Çünki mən qəhbə deyiləm! Fred, mən qəhbələrin
əleyhinə deyiləm, ancaq özümü də elələrindən saymıram.
Sənin yanına gəlmək, səninlə uçub dağılmış evlərin dəhlizində,
çölün düzündə bir yerdə olmaq, sonra da evə qayıtmaq məni
dəhşətə gətirir. Həmişə məni dəhşət bürüyür ki, evə qayıtmaq
üçün tramvaya minəndə ovcuma beş‐on mark basmaq
yadından çıxar. Bilmirəm, özünü kiməsə təslim edən qadınlar
əvəzində nə qədər alırlar...
– Mənə elə gəlir, çox az alırlar... – pivəni axıra qədər
içdim, üzümü divara tərəf çevirib üstündə ürək şəkli olan yaşıl
rəngli divar kağızına baxdım. – Belə çıxır ki, biz ayrılmalıyıq.
– Elədir, – dedi, – məncə, belə daha yaxşıdır. Səni nəyəsə
məcbur eləmək fikrim yoxdur, Fred, özün məni yaxşı tanıyır‐
san, ancaq fikirləşirəm ki, ayrılsaq, daha yaxşı olar. Uşaqlar
daha başa düşmək istəmirlər... Düzdür, mən deyəndə ki,
xəstəsən, inanırlar, ancaq bu xəstəlik haqqında başqa şey
düşünürlər. Bundan əlavə, dedi‐qodular da onlara təsir edir.
Uşaqlar böyüyür, Fred... Anlaşılmazlıqlar da getdikcə çoxalır.
Bəziləri elə bilir ki, sənin başqa yerdə də arvadın var. Ancaq
sənin ayrı arvadın yoxdur, elə deyilmi, Fred?
– Elədir, – dedim, – mənim ayrı arvadım yoxdur. Sən ki
bunu yaxşı bilirsən...
– Dəqiq bilmək olmaz! Hərdən özüm də şübhələnirdim,
çünki harada qaldığını bilmirdim.