Page 123 - heynrix
P. 123
İ ROMAN
– Əlimdən gələni edəcəm, – dedim, – doğru sözümdür, ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
əlimdən gələni edəcəm ki, mənzilimiz olsun.
123
– Qurtar! – bunu sanki rişxəndlə dedi. – Mənzilin bura
dəxli yoxdur. Yoxsa, doğrudan, elə fikirləşirsən ki, var?
Dikəlib onun üzünə baxmaq istədim.
Əlini buraxdım, solğun sifətini, tağlanmış saçlarının
arasındakı dümağ “cığır”ı gördüm. Çoxmərtəbəli evin ön
tərəfindəki yazı işıqlananda yaşıl rəngə bələnmiş sifəti daha
aydın göründü: doğrudan da, gülümsəyirdi. Yenə uzandım, bu
dəfə özü əlimi axtarıb tapdı, ondan bərk‐bərk yapışdı.
– Sən, doğrudan, elə fikirləşirsən ki, bunun məsələyə
dəxli yoxdur?
– Yoxdur, – qətiyyətlə dedi, – yoxdur, yoxdur! Səmimi ol,
Fred! Qəflətən yanına gəlib desəm ki, mənim mənzilim var –
qorxarsan, yoxsa sevinərsən?
– Sevinərəm! – elə o dəqiqə cavab verdim.
– Bizə görə sevinərsən?
– Yox, ona görə sevinərəm ki, yanınıza qayıda biləcəm.
Ah, belə şeylər hardan ağlına gəlir...
İçəri çox qaranlıq oldu. Biz yenə arxamızı bir‐birimizə çe‐
virib uzanmışdıq və mən hərdən geri dönərək onun arxası üstə
çevrilib‐çevrilmədiyini bilmək istəyirdim, ancaq o, gözünü
pəncərəyə zilləmişdi, dinmirdi. Təzədən geri dönəndə çox‐
mərtəbəli evin ön tərəfindəki yazı işıqlandı: “ÖZ ƏCZAÇINA
GÜVƏN!”
Vağzaldan diktorun həlim səsi, aşağıdan isə rəqs edən‐
lərin hay‐küyü eşidilirdi. Təzədən söhbətə başlamağa çətinlik
çəkirdim, ancaq birdən soruşdum:
– Yemək istəmirsən?
– İstəyirəm, – dedi, – boşqabı ver, işığı da yandır.
Ayağa durub işığı yandırdım, sonra qayıdıb arxası ona
tərəf yerimə uzandım, onun pörtlədilmiş əti, xiyarı necə
yediyinə, pivəsini necə içdiyinə qulaq asdım. Arxası üstə
çevrilib əlimi çiyninə qoydum.
– Doğrudan, daha dözə bilmirəm, Fred, – astadan dilləndi
və mən onun danışmağa başladığına sevindim. – Səni yaxşı