Page 128 - heynrix
P. 128
HAYNRİX BÖLL
– Hə, o da əl elədi. Gərək bir az fikirləşəm ki, o birilər də
yadıma düşsün. Sifətlər yaxşı yadımda qalır.
– Onda başla! Fikirləş, Fred!
– Uşaqlarla tez‐tez belə olur, – dedim, – yeri gəlmişkən,
yaşlı kişilərlə, elə yaşlı qadınlarla da...
– Ancaq mən sənin qəlbini yerindən oynatmışam!
– Həm də titrədibsən... Ah, əzizim, məni bu sözü tez‐tez
təkrarlamağa məcbur eləmə! Sənin barəndə fikirləşəndə
gözlərim önünə belə gəlirsən: pilləkənlə aşağı düşürsən,
şəhərdə tək‐tənha veyillənirsən, bazarlıq edirsən, balacanı
yedirirsən, bax onda da qəlbim titrəyir.
– Dükandakı o balaca qız sənə daha yaxındır...
– Bəlkə, onunla yenə görüşəndə başqa cür olacaq.
– Bəlkə də... Yenə pivə istəyirsən?
– Hə, – dedim.
Parçı mənə uzatdı, alıb axıracan içdim. Sonra ayağa durub
işığı yandırdım, boş parçları, boşqabı götürdüm, hamısını aşağı
128 apardım. Piştaxtanın önündə iki cavan oğlan dayanmışdı, mən
qabları piştaxtanın üstünə qoyanda üzümə baxıb irişdilər.
Şumal sifətli sahibə qayıtmışdı, məni görəndə başını tərpətdi.
Tez otağa qayıtdım. İçəri girəndə Kete üzümə baxıb gülümsədi.
İşığı söndürdüm, qaranlıqda soyunub yerimə girdim.
– Saat hələ ondur, – dedim.
– Lap gözəl! Az qala, doquz saat yatacağıq...
– Oğlan uşaqların yanında nə vaxta qədər qalacaq?
– Səkkizə kimi.
– Onda rahatca səhər yeməyi yeyə bilərik.
– Bizi oyadan olacaq?
– Yox, onsuz da, özüm oyanıram.
– Yorulmuşam, Fred, nəsə danış... Ürəyini titrədən hadisə
daha yoxdur?
– Bəlkə, yadıma düşdü...
– Onda başla! Sən əntiqə oğlansan, Fred, ancaq hərdən
səni yaxşıca əzişdirmək istəyirəm... Səni sevirəm!
– Çox şadam ki, bunu dedin. Soruşmağa qorxurdum.
– Əvvəllər hər üç dəqiqədən bir bunu soruşurduq...