Page 133 - heynrix
P. 133
İ ROMAN
– On markı gələn həftə qaytara biləcəm. ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Bəsdir, Fred, sən pulunun hamısını mənə verəsi
deyilsən ki... 133
– Ancaq mən bunu istəyirəm, xahiş edirəm, götürəsən!
– Sağ ol, Fred! Doğrudan, minnətdaram! Əgər səhər
yeməyinə gedəcəyiksə, onda vaxtdır.
– Deməli, gedirsən?
– Gedirəm.
– Nə gözəl oldu!
Qalstukunu bağlayıb, pencəyini götürmək üçün çarpayıya
tərəf getdi və qəflətən coşdu:
– Mən gələcəm! Mütləq gələcəm! Yanınıza qayıdacam!
Ancaq istəmirəm kimsə məni özümün ürəkdən görəcəyim bir
işə məcbur eləsin!
– Fred, – dedim, – mənə elə gəlir, biz bu barədə danışıb
qurtardıq.
– Düz deyirsən, qurtardıq. Kaş səninlə başqa bir həyatda
rastlaşaydım, evlənmədən səni indiki kimi sevəydim...
– Mən də bayaq elə bu barədə düşünürdüm... – yavaşdan
dilləndim və göz yaşlarımı saxlaya bilmədim.
O, tez çarpayının ayağından fırlanıb yanıma gəldi, məni
qucaqladı, çənəsini başıma söykəyib dedi:
– Kaş səninlə evdə görüşəydim... Ümid edirəm, məni
orda görəndə qorxmayacaqsan.
– Ah, Fred, uşaqları fikirləş...
– Fikirləşirəm, – dedi, – hər gün onları düşünürəm. Heç
olmasa, mənə bir öpüş ver.
Başımı qaldırıb onu öpdüm.
Məni qolları arasından buraxdı, paltomu geyməyə kömək
etdi, özü geyinəndə isə mən şeylərimizi çantama yığdım.
– Xoşbəxt o adamlardır ki, evlənəndə bir‐birini sevmə‐
yiblər. Sevib evlənmək dəhşətdir...
– Bəlkə də, haqlısan, – dedim.
Bayır hələ də qaranlıq idi, dəhlizin ayaqyolu olan tərə‐
findən iy gəlirdi. Aşağıdakı restoran bağlanmışdı, heç kəs
görünmürdü, bütün qapılar da bağlı idi. Fred açarı restoranın
girəcəyindəki iri mismardan asdı.