Page 137 - heynrix
P. 137
İ ROMAN
– Üstəlik də, təşəkkürlər! ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Dəyməz, – deyib başını içəri saldı: – Hələlik, uşaqlar.
– Hələlik, – uşaqlar da qışqırışdılar. 137
Tək qalanda onları bir də bağrıma basdım, sınayıcı
nəzərlə süzdüm, ancaq üzlərində qorxulası bir şey tapmadım.
Köks ötürüb məktəbə aparacaqları yeməkləri hazırlamağa
başladım. Klemenslə Karla çantalarında eşələnirdilər. Karla
açılıb‐yığılan amerikan çarpayısında, Klemens isə köhnə
məxmər divanda yatır. Çarpayını gündüzlər qatlayıb evin
küncünə qoyuruq, divan da Klemens üçün coxdan balacadır.
Bellerman hələ uşaqların yerini də yığışdırmışdı.
– Uşaqlar, – dedim, – atanız sizə salam göndərdi... Hələ
sizin üçün pul da verib.
Dinmədilər.
Karla yanıma gəlib buterbrodunu götürdü. Qara saçları
Fredin saçlarıdır, gözləri də Fredin gözləri kimi qəfildən dalğın‐
laşırdı.
Balaca isə stulunda oturub oynayır, hərdən də mənə
baxıb gülümsəyir, sanki “mən də varam” demək istəyir, sonra
yenə oynamağa davam edirdi.
– Dua etmisiniz?
– Etmişik, – Karla dedi.
– Atanız tezliklə gələcək...
Qəlbimdə uşaqlara qarşı sonsuz bir nəvaziş baş qaldırdı,
özümü ağlamaqdan güclə saxladım.
Onlar yenə dinmədilər. Yanımda oturan Karlaya baxdım:
hansı dərsliyisə vərəqləyir, həvəssiz‐həvəssiz südünü içirdi.
Qəflətən mənə baxıb sakitcə dedi:
– O, xəstə deyil. Gedib dərs verir...
Divanda oturub xəritəyə baxan Klemensə tərəf döndüm.
O da sakitcə üzümə baxıb dilləndi:
– Mənə Baysem dedi, yanımda oturur.
Bunu bilmirdim...
– Elə xəstəliklər var ki, – dedim, – ona görə yatmırlar.
Uşaqlar heç nə demədilər. Çantalarını çiyinlərinə keçir‐
dilər, dəhlizə çıxıb onların arxasınca baxdım: bomboz küçə ilə