Page 115 - heynrix
P. 115
İ ROMAN

əməliyyat yaxşı keçirilməyib. Elə buna görə də döyüşün ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
miqyası ölənlərin sayı ilə ölçülür. Ancaq ölənlər sansıxıcı ol‐
murlar, əzizim... və bir də qəbiristanlıqlar... 115

Onun yanına uzanıb adyalı üstümə çəkdim. Aşağıda
musiqiçilər öz alətlərini kökləyirdilər, meyxanada isə bir kişi
gözəl, həzin səslə oxuyurdu, sonra bu kişi səsinə xırıltılı, çılğın
bir qadın çığırtısı da qoşuldu. Sözləri başa düşə bilməsək də,
duetdə nəsə ritmik gözəllik vardı. Vağzala qatarlar daxil olur,
diktorun səsi getdikcə qaranlıqlaşan havanı yarıb bizə elə
çatırdı ki, deyərdin, adamın yaxın dostu qulağına nəsə şirin‐
şirin pıçıldayır.

– Rəqsə getmək istəmirsən?
– Oh, yox, – dedi, – belə sakit uzanmaq nə gözəl imiş...
Yaxşı olar ki, Frau Röderə zəng vurasan, hər şeyin qaydasında
olub‐olmadığını öyrənəsən. Bir də, mən nəsə yemək istəyi‐
rəm, Fred. Ancaq əvvəlcə bir az söhbət elə. Bəlkə, niyə mə‐
nimlə evləndiyindən danışasan...
– Səhər yeməyinə görə, – dedim. – Elə adam axtarırdım
ki, onunla bütün həyatım boyu sakit səhər yeməyi yeyə bilim,
seçim də, necə deyərlər, sənə düşdü. Sən mənə səhər yemə‐
yində yaxşı yoldaşlıq eləyibsən, səninlə heç vaxt darıx‐
mamışam. Yəqin, sən də mənimlə darıxmış olmazsan?!
– Yox, səninlə olanda heç vaxt darıxmamışam.
– Ancaq indi axşamlar tək qalanda ağlayırsan. Bəlkə,
qayıtsam yaxşıdır?! Lap belə də olsam?!
Üzümə baxdı və susdu. Əllərindən, boynundan öpdüm,
ancaq üzünü o biri tərəfə çevirib, gözlərini divar kağızına zil‐
lədi. Daha meyxanadan mahnı səsi gəlmirdi, indi rəqs musiqisi
çalınırdı, biz də aşağıdakı zalda rəqs edənlərin səslərini eşi‐
dirdik. Siqaret yandırdım. Kete hələ də divara baxır və susurdu.
– Gərək məni başa düşəsən, – yavaşdan dilləndim, –
doğrudan, hamiləsənsə, səni tək qoya bilmərəm. Bilmirəm,
lazım olan qədər mülayimləşməyə gücüm çatar, ya yox....
Ancaq səni sevirəm, ümid edirəm ki, buna şübhən yoxdur.
– Şübhəm yoxdur, – dedi, ancaq üzünü də divardan
çevirmədi. – Doğrudan, yoxdur.
   110   111   112   113   114   115   116   117   118   119   120