Page 149 - heynrix
P. 149
İ ROMAN
Şlyapalar? – “Bonneberq”də! “Kostyumlar? – “Bonneberq”də! ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Fərqi yoxdur, palto olsun, kostyum olsun, papaq olsun – “Bon‐
neberq”də hamısı yaxşıdır!” 149
O, şüşəni və stəkanı asta‐asta geri itələdi, çiçəkləri sağ
əlinə aldı. Gördüm ki, illər uzunu çoxlu‐çoxlu qucaqladığım,
ancaq heç vaxt tanıya bilmədiyim arvadım çıxıb gedir... İri
addımlarla gedirdi və deyəsən, nədənsə narahat idi, tez‐tez
geri çevrilirdi, mən isə gah sinilir, gah gizlənir, şlyapası gö‐
zümdən bir anlığa itəndə də ürəyim ağrıyırdı. On iki nömrəli
tramvayın Qerstenştrassedəki dayanacağına çatıb ayaq
saxlayanda özümü üzbəüzdəki balaca pivəxanaya saldım,
qırmızı, yumru sifətli satıcıya dedim:
– Şnaps!
– Böyük qədəhdə?
– Bəli, – dedim və “on iki”nin gəldiyini, Ketenin ona
mindiyini gördüm.
– Nuş olsun! – kişi dedi.
– Təşəkkür edirəm, – deyib qədəhi başıma çəkdim.
– Birini də? – kişi sınayıcı nəzərlərlə mənə baxdı.
– Xeyr, təşəkkür edirəm... Neçə elədi?
– Səksən pfenniq.
Ona bir mark verdim, kişi hələ də məni sınayıcı nəzərlərlə
süzə‐süzə, yavaş‐yavaş iki dənə onpfenniqlik uzatdı, onları alıb
çıxdım.
Moltkeplatsdan keçib, Qerstenştrasse ilə idarəyə qayıt‐
dım, ancaq hansı yolla, necə getdiyimi özüm də bilmədim.
Qapıçının yanından keçib, divarları ağardılmış dəhlizə girdim,
barokko üslubundakı heykəllərin arası ilə Serjin otağına yönəl‐
dim. Qapını döydüm, cavab gəlmədiyini görüb içəri keçdim.
Uzun müddət Serjin yazı stolunun arxasında oturdum,
üstündəki qovluqlara baxdım. Telefon zəng çalsa da, dəstəyi
qaldırmadım. Dəhlizdən gülüş səsləri eşidildi, telefon yenə
uzun‐uzadı zəng çaldı, mən arxadan Serjin səsini eşidəndə
ayıldım:
– Aha, Boqner, qayıtmısınız? Belə tez?
– Tez? – ona tərəf dönmədən soruşdum.
– Elədir, – güldü, – heç iyirmi dəqiqə çəkmədi.