Page 152 - heynrix
P. 152
HAYNRİX BÖLL
Bir təlxəyin düşüncələri
I
Mən Bonna çatanda qaranlıq düşmüşdü. Özümü
məcbur eləyib budəfəki gəlişimdə beşillik səfərlər
zamanı adət halını almış bəzi qeyri‐ixtiyari hərəkətlərin – per‐
ronun pilləkənləri ilə aşağı düşməyin, sonra yuxarı qalxmağın,
səfər çantasını yerə qoyub bileti göstərməyin, köşkə yaxınlaşıb
axşam qəzetlərini almağın, bayıra çıxıb taksiyə əl eləməyin
daşını atdım. Düz beş il, demək olar ki, hər gün harasa getmiş,
harasa çatmış, vağzalın pilləkənləriylə aşağı düşmüş, təzədən
yuxarı qalxmış, taksilərə əl eləmiş, sürücünün pulunu vermək
üçün pencəyimin ciblərini eşələmiş, köşklərdən axşam
qəzetləri götürmüş və özümdən asılı olmayaraq, həmin
hərəkətləri belə dəqiq, belə biganəliklə yerinə yetirdiyim üçün
qəlbimin hansı guşəsindəsə bundan ləzzət almışdım. Bu qeyri‐
152 ixtiyarilik Mariya katolik dininə etiqad edən Tsüpfnerlə
evlənmək xatirinə məni atıb getdiyi gündən daha da artıb,
biganəlik çoxalıb. Mənə görə vağzaldan mehmanxanaya, meh‐
manxanadan vağzala qədər bircə ölçü vahidi vardı ki, o da
taksinin sayğacı idi. Vağzaldan oracan gah iki, gah üç, gah da
dörd mark yarım yazırdı... Mariya çıxıb gedəndən sonra tez‐
tez özümü unudur, vağzalla mehmanxananı dəyişik salır,
qapıçının yanında dayanıb əsəbi halda bilet axtarır və ya per‐
ronun girəcəyindəki arakəsmədə durmuş məmurdan otağımın
nömrəsini soruşurdum. Bəlkə də, tale adlanan şey bununla
sənətimi, düşdüyüm vəziyyəti mənə bir daha xatırladırdı. Mən
təlxəyəm. Rəsmi adım komik aktyordur, özüm də heç bir
kilsəyə mənsub deyiləm. İyirmi yeddi yaşım var. Göstərdiyim
nömrələrdən biri belə adlanır: “Gəlməyim və getməyim”.
Uzun (bəlkə, həddən ziyadə uzun) bir pantomim hərəkətdir,
tamaşaçı axıracan gəlməklə getməyi qarışdırır. Həmin nömrəni
qatarda tez‐tez təkrar etdiyimdən (o, altı yüzdən çox hərə‐
kətdən ibarətdir, hamısını da əzbər yadda saxlamalıyam), az