Page 95 - heynrix
P. 95
İ ROMAN

Özümə çox sual vermişəm ki, niyə onu belə sevirəm. Dəqiq ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
bilmirəm, səbəb çoxdur, ancaq birini deyə bilərəm: onunla
belə yerlərə getmək gözəldir! 95

– Səni yeməyə dəvət edirəm, – dedim.
– Necə istəyirsən!
Qolundan tutub qulyaş satılan köşkə tərəf çəkdim. Köş‐
kün yan divarında rəqs edən macar qızları təsvir olunmuşdu.
Cavan kəndli oğlanlar əlləri belində onların ətrafında dövrə
vururdular. Piştaxtaya dirsəkləndik, buğlanan tavanın yanın‐
dakı kətildə oturmuş qadın ayağa durub təbəssümlə bizə tərəf
gəldi. Kök idi, qara saçları vardı, iri, qəşəng qollarına çoxlu ucuz
qolbaq taxılmışdı. Qəhvəyi rəngə çalan boğazına məxmər
yaylıq dolamışdı, yaylığın altından asılmış medalyon yellənirdi.
– İki qulyaş, – deyib ona iki mark uzatdım. Qadın arxa
tərəfə gedib tavanın qapağını qaldıranda Fredlə bir‐birimizə
baxıb gülümsədik.
– Mən bu gün qulyaş yemişəm, – o dedi.
– Ah, bağışla...
– Eybi yox, qulyaşdan xoşum gəlir, – Fred əlini qolumun
üstünə qoydu.
Qadın çömçəni qazanın içində fırladaraq ağzına kimi dolu
çıxardı, qazandan qalxan buğ köşkün arxa divarındakı güz‐
günün şüşəsinə yayıldı. Hərəmizə bir parça çörək də verdi,
sonra əsgi götürüb güzgünün şüşəsini sildi.
– Silirəm ki, necə gözəl olduğunuzu görə biləsiniz.
Güzgüyə baxdım və gördüm ki, doğrudan da, gözələm.
Məndən arxada güclə sezilən tir, onun da arxasında yelləncək
görünürdü. Gözüm güzgüdə Fredə sataşanda dəhşətə gəldim:
isti şey yeyə bilmir, diş əti ağrıyır, yemək soyuyana qədər onu
ağzında o tərəfə, bu tərəfə keçirir, dilxor olur, səbri tükənir,
yeməyi gəvələyən qoca kişilərə oxşayır və bu da məni daha
çox qorxudur.
Ancaq buğ yenə güzgünün şüşəsini basdı, qadın çömçəni
qazanın içində fırlatdı və mənə elə gəldi ki, yanımızda daya‐
nanların payı bizimkindən az oldu.
   90   91   92   93   94   95   96   97   98   99   100