Page 91 - heynrix
P. 91
İ ROMAN
– Kimi istəyirsiniz? ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Əllərini belindən götürüb nikelli piştaxtanın üstünə
qoydu, sonra qarnında çarpazladı, nazik ağımtıl sifətində nəsə 91
bir çarəsizlik ifadəsi düyünləndi.
– Ərimin yanına gedirəm, – dedim.
Kişilər o dəqiqə geri dönüb söhbətlərinə davam etdilər.
Mən adımı deməmiş sahibə dilləndi:
– On birinci otaq, ikinci mərtəbə. – Və piştaxtanın qurta‐
racağındakı yaylı qapını göstərdi. Kişilərdən biri tez yaxınlaşıb
qapını açdı. Rəngi avazımışdı, deyəsən, sərxoş idi, dodaqları
titrəyirdi, gözləri də qızarmışdı. Ona baxdığımı görüb gözlərini
yerə dikdi, “təşəkkür edirəm!” deyib açıq qapıdan içəri
keçdim, pilləkənlə yuxarı qalxanda yavaş‐yavaş bağlanan qapı‐
dan səsini eşitdim:
– Bizimkilərdəndir...
Pilləkən xanasına yaşıl rəng çəkilmişdi, südrəngli şüşənin
arxasından hasarın qapqara kölgəsi görünürdü, ikinci mərtə‐
bənin balaca dəhlizində papaqsız bir lampa yanırdı.
On birinci otağın qapısını döydüm, cavab gəlmədiyini
görəndə açıb içəri girdim. Fred çarpayıda uzanıb yatırdı. Yataq‐
da uzananda çox zərif görünür, az qala, uşağa oxşayır, tutqun
sifətini görməsən, deyərsən ki, on səkkizcə yaşı var. Yatanda
dodaqları bir‐birindən aralanır, qara saçları alnına dağılır, sifəti
huşunu itirmiş adamın sifətinə oxşayır. Çox bərk yatır... Bayaq
pilləkənlə yuxarı qalxanda ona acığım tutmuşdu: hamısı onun
günahı idi ki, mənə burada küçə qadını kimi baxdılar. Ancaq
indi ehtiyatla çarpayıya tərəf getdim, stullardan birini yaxına
çəkdim, çantamı açıb siqaret götürdüm.
Siqaret çəkə‐çəkə çarpayının yanında oturdum, narahat
olduğunu görüb üzümü çevirdim, diqqətlə yaşıl rəngli,
ürəkşəkilli divar kağızlarına, iyrənc lampaya baxdım, siqaretin
tüstüsünü pəncərənin aralı qalmış yerindən çölə püflədim.
Xəyalən keçmişə qayıtdım, gördüm ki, evləndiyimiz vaxtdan
bəri çox şey dəyişməyib. Evliliyimizi miskinlikdə heç də bu
mehmanxana otağından geri qalmayan bir otaqda başla‐
mışdıq. Əsl mənzilə isə müharibə başlayanda köçdük, ancaq