Page 88 - heynrix
P. 88
HAYNRİX BÖLL
parçını sifəti önündə saxlamışdı. Şəklin altında nə yazıldığını
oxuya bilmədim, qapıya tərəf getdim, ancaq bağlı idi. Ağla‐
mağa başladım. Sonra sakitcə açıq‐qəhvəyi rəngli stullardan
birinə oturub, dəhlizdən addım səsləri gələnə kimi ağladım.
Gələn atam idi. Onun addım səslərini uzun dəhlizimizlə
gələrkən çox eşitmişdim. Atam mənimlə mehriban rəftar elədi
və biz yaşıl papaqlı, şərab iyi verən kök kişi ilə meyitxanaya
getdik. Orada çoxlu nömrələnmiş, üstünə ad yazılmış tabutlar
gördüm. Yaşıl papaqlı kişi bizi bir tabutun yanına gətirdi və
atam barmağı ilə onun üstündəki lövhəni göstərib ucadan
oxudu: “Elizabet Boqner. 18.04... saat 16.00. Sahə VII/L”. Sonra
məndən bu gün ayın neçəsi olduğunu soruşdu. Bilmədim. Özü
dedi: “On altısıdır. Anan hələ birisi gün dəfn ediləcək”. Məni
inandırdılar ki, bu iki gündə tabuta heç nə olmayacaq. Atam
ağlaya‐ağlaya söz verdi və onunla birlikdə yasa batmış evimizə
qayıtdım, köhnə dəbli geniş anbar‐zirzəmini yığışdırmağa
kömək etdim. Anamın illər boyu çərçilərdən aldıqlarının
hamısını bayıra çıxardıq. Nələr yox idi burda! Yığın‐yığın
88 paslanmış ülgüc, sabun, həşəratlara qarşı tozlar, çürüməyə
başlayan rezin lentlər, içi sancaqla dolu çoxlu qutu... Atam
ağlayırdı.
İki gündən sonra tabutu qoyub getdiyimiz kimi görə
bildim. Onu əl arabasına yüklədilər, yanına gül dəstələri, əklil
qoydular və biz irəlidə gedən keşişin, ibadətçilərin arxasınca
qəbrin qazıldığı gil torpaqlı VII sahəyə gəldik. Mən necə dua
oxunduğunu, sonra tabutun qəbrə qoyulduğunu, üstünə xaç
suyu çiləndiyini, sonra da torpaq töküldüyünü gördüm, keşişin
fanilikdən, zühur etməkdən bəhs edən duasına qulaq asdım...
Atamla qəbiristanlıqda çox qaldım, dedim, axıra qədər
baxmalıyam. Qəbirqazanlar onun üstünə çox torpaq tökdülər,
əllərindəki bellə onu döyəcləyə‐döyəcləyə yapıxdırdılar, qəb‐
rin üstündə yaranan təpəciyi şumalladılar, əklilləri düzdülər,
axırda biri üstünə qara hərflərlə “Elizabet Boqner” yazılmış
balaca ağ rəngli xaçı torpağa sancdı.
Mənə elə gəlirdi ki, uşaq vaxtından ölümün nə olduğunu
dəqiq bilirəm: insan yox olurdu, torpağa gömülürdü və zühur