Page 87 - heynrix
P. 87
İ ROMAN

bələrə – qəbiristanlıqlar olan yerlərə qədər gedib çıxardım. ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Miskin meyxanalarda oturub içər, gecələr heç tanımadığım
adamlarla dostlaşardım. Ancaq bilirdim ki, onları bir daha 87
görməyəcəyəm...

Uşaq olanda da qəbiristanlığa getməyi xoşlayırdım, cavan
adama yaraşdırmasalar da, mən qəbiristanlıqdan əl çəkə
bilmirdim. Oradakı bütün adlar, bütün ləklər, hər hərf, hər
qoxu – hər şey mənə deyirdi ki, sən də nə vaxtsa öləcəksən.
Bu, mənim şübhə etmədiyim yeganə həqiqət idi. Bəzən bu
sonu görünməyən cərgələrin arası ilə yavaş‐yavaş irəlilədikcə
tanıdığım adamların adlarına da rast gəlirdim.

Mən ölümün nə olduğunu çox erkən – lap uşaqkən
bildim. Yeddi yaşım olanda anam öldü və mən hər şeyi diq‐
qətlə izlədim: keşiş gəlib meyit yağı ilə onun alnına xaç çəkdi,
dua oxudu. Anam isə uzanmışdı, tərpənmirdi. Sonra gül, tabut
gətirdilər, qohumlar gəldi, çarpayısı önündə ağlayıb dua
etdilər, özü isə uzanmışdı, tərpənmirdi. Hər şeyi maraqla
izləyirdim. Məni nə qədər uzaqlaşdırsalar da, dəfn bürosun‐
dan gələnlərin neylədiklərini gördüm. Onlar anamı yudular, ağ
köynək geydirdilər, meyitin ətrafına gül düzdülər, sonra tabu‐
tun qapağını mismarlayıb maşına qoydular... Anamsız ev
bomboş göründü... Və mən atamdan xəbərsiz qəbiristanlığa
getdim. Ah, heç vaxt yadımdan çıxmaz, on iki nömrəli tram‐
vaya oturdum, Tukhofplatsda isə on nömrəliyə mindim, so‐
nuncu dayanacağa qədər getdim.

Birinci dəfə idi ki, qəbiristanlığa gəlirdim. Qapıda dayan‐
mış yaşıl papaqlı kişidən anamı soruşdum. Onun qırmızı, şişkin
sifəti vardı, şərab iyi verirdi, əlimdən tutub məni idarəyə
apardı. Mehribanlıqla adımı soruşdu, bir otağa apardı, dedi ki,
burada gözləyim. Gözləməyə başladım. Stulların arası ilə açıq‐
qəhvəyi rəngli stolun ətrafında fırlandım, divardakı şəkillərə
baxdım, gözlədim. Şəkillərin birində qarayanız, naziksifət
qadın adada oturub kimisə gözləyirdi. Barmaqlarımın ucuna
qalxıb, şəklin altında nə yazıldığını hərfləyə‐hərfləyə oxudum:
NANA yazılmışdı. Başqa bir şəkildə isə saqqallı kişi təsvir
olunmuşdu. O irişirdi və qapağı zərif naxışlarla dolu olan pivə
   82   83   84   85   86   87   88   89   90   91   92