Page 93 - heynrix
P. 93
İ ROMAN
Qol‐qola girib pilləkənlə aşağı düşdük. Kişilərin üçü də ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
piştaxtanın önündə dayanıb söhbət edirdi. Bizə tərəf bax‐
madılar. Fred açarı sahibəyə verdi. Sahibə onu rəfdən asıb 93
soruşdu:
– Gec qayıdacaqsınız?
– Bir saata, – Fred dedi.
Biz Baş Kilsəyə gələndə ibadət yenicə qurtarmışdı və
keşişlər yavaş‐yavaş cübbə saxlanılan hücrəyə tərəf gedirdilər.
Onlar bulanıq suda asta‐asta üzən ağımtıl çəki balıqlarına
oxşayırdılar. Messanı yepiskopun yorğun görünən müavini yan
tərəfdəki altarda oxuyurdu, özü də tələsə‐tələsə. Mehrabdan
sol tərəfdə olan İncili götürməyə gedəndə səbirsizliklə
çiyinlərini oynatdı, çünki onu əllərində saxlayan xidmətçilər
gəlməmişdi. Baş mehrab tərəfdən dalğa‐dalğa buxur qoxusu
gəlirdi, messaya qulaq asan adamlar onun ətrafına dəstəylə
yığışmışdı. Çoxu kişi idi, yaxalarında qırmızı bayraqcıqlar vardı.
Axşam çörəyinin İsanın cisminə çevrildiyi anda zənglər
çalınarkən onlardan bir neçəsi diksinərək dayandı, ancaq
əksəriyyəti yoluna davam etdi, mozaikalara, pəncərələrə
baxdılar, mehrablara yaxınlaşdılar. Yuxarıdakı orqanın yanında
asılan və hər on beş dəqiqədən bir həzin ahənglə astadan zəng
çalan saata baxdım. Xeyir‐duadan sonra biz çıxış qapısına tərəf
gedəndə baxdım ki, messa düz on doqquz dəqiqə çəkib. Fred
məni qapının yanında gözləyirdi. Üstündə Müqəddəs Məryəm
Ana təsvir olunan mehraba tərəf getdim, ona müraciətlə
başlayan duanı oxudum. Bundan çox qorxsam da, uşağa qal‐
mamaq üçün dua etdim. Məryəm Ananın şəkli önündə çoxlu
şam yanırdı, sol tərəfdəki iri dəmir şamdanın yanında bir qalaq
sarı şam vardı. Onun yanındakı karton lövhəciyin üstündə
yazılmışdı: Əmək Birliyi Fondu. Almaniya Əczaçılar İttifaqı
yanında Katolik Əczaçılar Birliyi.
Fredin yanına qayıtdım və biz çölə çıxdıq. Bayırda gün
çıxmışdı. Altıya iyirmi dəqiqə işləmişdi və bərk acmışdım.
Fredin qoluna girdim, biz pilləkənlə aşağı düşəndə hiss etdim
ki, o, cibindəki xırda pulları cingildədir.
– Restoranda yemək istəyirsən? – soruşdu.