Page 97 - heynrix
P. 97
İ ROMAN

Sonra Fredin on pfenniqə necə ruletka oynadığına tama‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
şa etdim, bankir lövhəni fırladarkən şarın atılıb‐düşdüyünə
baxan kişilərin üzlərindəki lal həyəcanı gördüm. Onların 97
nömrələrə necə cəld pul qoymaları, Fredin də lazım olan
nömrəyə pul atması göstərirdi ki, bunu əməlli‐başlı məşq
ediblər, aralarında nəsə anlaşma var, mənimsə bunların heç
birindən xəbərim yoxdur. Gördüm ki, ox fırlanan anda bankir
başını qaldıraraq ikrahla meydana baxır. Sərt, balaca, qəşəng
sifəti yalnız fırlanan oxun özü də, səsi də yavaşıyanda lövhəyə
tərəf dönürdü. Sonra da qoyulan pulları yığışdırıb cibinə tökür,
udanların pullarını verir, əli ilə cibindəki xırda pulları oynadır,
ətrafdakıları pul qoymağa çağırır, gözləri başına yığışmış
kişilərin əllərində qalır, ikrahla lövhənı fırladır, başını qaldırıb,
dodaqlarını sallayaraq tənbəl‐tənbəl yan‐yörəsinə baxırdı.

Fredin qarşısında iki dəfə on pfenniqlər qalandı və o,
pulları stolun üstündən götürüb mənə sığındı.

Sonra mavi pərdəli bir balaqanın çirkli pilləkənində otu‐
rub meydandakı qələbəliyə tamaşa etdik, oradan qalxan toz‐
dan udduq, cürbəcür musiqilər eşitdik, camaatdan pul
toplayanların boğuq çığırtılarına qulaq asdıq. Yerə baxdım: zi‐
billik idi... Hər yanda kağız, siqaret kötükləri, tapdanmış güllər,
cırılmış biletlər... Baxışlarımı yavaş‐yavaş yerdən qaldıranda
uşaqlarımızı gördüm. Bellerman Klemensin, qız isə Karlanın
əlindən yapışmışdı, balacanı isə çağalar üçün olan zənbildə
tutmuşdular. Uşaqların ağzında iri, sarı şirni vardı, saplağından
tutub sorurdular. Gördüm gülüşürlər, ətrafa boylanırlar. Tirə
çatanda dayandılar, Bellerman ora yaxınlaşdı, zənbilin qulpunu
Klemensə verib tüfəngi götürdü, Klemens də onun çiyinləri
üzərindən nişangahlara baxdı. Uşaqlar çox xoşbəxt
görünürdülər və Bellerman qızımın saçlarına kağız gül taxanda
gülüşdülər. Onlar sağa döndülər və Bellerman saya‐saya Kle‐
mensin ovcuna bir neçə qəpik basdı. Gördüm ki, oğlumun
dodaqları tərpənir, o da sayır. Sonra başını dikəldib, təbəssüm‐
lə Bellermana təşəkkür etdi.
   92   93   94   95   96   97   98   99   100   101   102