Page 81 - heynrix
P. 81
İ ROMAN

– Xeyr, iyrənmirəm, lap südəmər körpəyə oxşayır. – ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Qəhvədən bir qurtum alıb, kökədən dişlədim. – Əcəb qəh‐
vədir! 81

– Doğrudan? – qız sevincək soruşdu. – Düz sözünüzdür?
Bunu bu gün səhər‐səhər bir kişi də dedi. Hələ indiyə kimi heç
kim belə deməmişdi.

– Doğrudan, elədir, – qəhvədən bir qurtum da alıb,
kökədən dişlədim. Qız atasının oturduğu stula söykəndi, mənə
baxdı, sonra gözlərini uzaqlara zillədi.

– Hərdən onun nə hiss etdiyini, necə yaşadığını təsəv‐
vürümə gətirmək istəyirəm, – dedi. – Çox vaxt elə sakit, elə
xoşbəxt görünür ki... Bəlkə də, ikicə rəng görür: yaşıl və
qəhvəyi. Bəlkə, hava onun üçün sudur... yamyaşıl su... Çünki
onun içində güclə yeriyir... Hərdən qəhvəyi rəngə çalan, köhnə
filmlərdə olduğu kimi, üstündə qara zolaqlar görünən yamyaşıl
su... Elə səslər var ki, onu eşidəndə dəhşət olur... məsələn,
tramvay təkərinin xırçıltısı, radionun ucadan xırıldaması...
Bunları eşidəndə ağlayır.

– Necə? Ağlayır da?!
– Bəs necə... özü də tez‐tez ağlayır, – qızın təbəssümsüz
baxışları uzaqlardan qayıdıb mənə dikildi. – Ən çox da belə uca
səsləri eşidəndə. Onda bərkdən ağlayır, göz yaşları da bulaşmış
sifətində sellənib ağzına dolur. Özü də şirnidən, süddən,
çörəkdən başqa heç nə yemir. Südü, çörəyi çıxmaq şərtilə şirin
olmayan nəsə yeyən kimi qaytarır. Ah, bağışlayın, yəqin,
iyrəndiniz!
– Xeyr, – dedim, – ondan bir az da danışın.
Baxışları yenə uzaqlara zilləndi, əlini oğlanın başına
qoydu:
– Başı ilə, bədəni ilə havanı yarıb keçmək onun üçün nə
qədər çətindirsə, bu səsləri də eşitmək o qədər dəhşətlidir.
Bəlkə də, qulaqlarında həmişə orqanın həzin səsi olur... Yalnız
özünün eşitdiyi qəhvəyi bir melodiya... Bəlkə də, gözə
görünməyən ağacların yarpaqlarını xışıldadan külək, tufan
   76   77   78   79   80   81   82   83   84   85   86