Page 79 - heynrix
P. 79
İ ROMAN
Ehtiyatla ağıldankəm oğlanın yanından keçib dükana ... VƏ BİRCƏ KƏLİƏ DƏ DEMƏDİ
girdim. Künc tərəfdəki stolun arxasında iki uşaq vardı, sobanın
yanında üzü tüklü bir kişi oturub qəzet oxuyurdu. Mən içəri 79
girəndə qəzeti aşağı salıb üzümə baxdı.
Qız qəhvəbişirən maşının yanındakı güzgünün qabağında
dayanıb saçlarını düzəldirdi. Dümağ, uşaq əlinə oxşayan
əllərinə baxdım, güzgüdəki təravətli sifətinin yanında özümün
arıq, dodaqlarımdakı tünd‐qırmızı boyanın tutqun parıltısına
bələnmiş sifətimi də gördüm. Oradakı təbəssüm özümdən asılı
olmayaraq içimdən gəlsə də, mənə saxta göründü və mənə
elə gəldi ki, birdən‐birə başımızın yeri dəyişdi – onun başı
mənim bədənimin, mənimki isə onun bədəninin üstündə
oldu. Gördüm ki, gənc bir qız güzgünün qarşısında dayanıb
saçlarını qaydaya salır, gecələr özünü sevəcəyi, ona həm
həyat, həm də ölüm bəxş edəcək bir kişinin ağuşuna atır, adına
məhəbbət dediyi şeyin izləri onun üzündə qalır, sonra da
həmin üz mənimkinə oxşayır: arıq, həyatın ağrı‐acılarının
saraltdığı bir üz...
Həmin anda qız geri döndü, güzgüdəki sifətimin qabağını
kəsdi, mən bir az sağa çəkilib, özümü bütünlüklə onun sehri‐
nin ixtiyarına buraxdım.
– Salam, – dedim.
– Salam! Kökə istəyirsiniz?
– Xeyr, təşəkkür edirəm.
– Niyə? İyi xoşunuza gəlmir?
– Yox, yaxşı iyi var, – dedim və onun gələcəkdə kiməsə
qismət olacağını ağlıma gətirəndə üşəndim. – Doğrudan, yaxşı
iyi var... Ancaq yanımda pulum yoxdur.
Mən “pul” sözünü deyəndə sobanın böyründə oturan kişi
durub piştaxtanın arxasına keçdi, qızın yanında dayanıb dedi:
– Pul? Eybi yox, sonra da verə bilərsiniz. Kökə istəyirsiniz,
elə deyilmi?
– Bəli, – dedim.
– Elə isə, lütfən, əyləşin, – qız dilləndi.