Page 95 - "Dünya yuxutək əriyir..."
P. 95
la Əliyeva Dünya yuxutək əriyir...

İnsanlar

İnsanlar, bilirәm, çәtindi sevmәk,
Nifrәt elәmәksә, asandı sizә.
İnsanlar, heç zaman könül qırmayın,
Sevinc bәxş edin siz bir-birinizә.

Üfüqdәn aşmağa tәlәsәn insan
Tutmağa çalışır ötәn anları.
Tәbәssüm, göz yaşı, ah-nalә, tәr-qan…
Zaman nәfәsini duymur onların.

Duymur sevincini, әzablarını,
Ötür insafsızca, yeri bilinmir.
Zamançün heç nәdi insan fәryadı
Hüdudu hardadı? Bu da bilinmir…

Zaman, bilirsәn ki, sәni mәn necә
Sevir, qısqanıram dәlicәsinә.
Yalnız mәnimki ol, – deyirәm sәnә, –
– Qandallayım sәni, geriyә dönmә!

Sәn mәnim әbәdi ola bilәrsәn,
Özün bilirsәn ki, başqayam tamam.
Hәr şeyi verәrәm, saxla әlindә,
Yansa, sәn olarsan ovcumdan daman.
   90   91   92   93   94   95   96   97   98   99   100