Page 96 - "Dünya yuxutək əriyir..."
P. 96
Şeirlər

Ağlaram, gözümün yaşı tükәnmәz…
Göz yaşı әbәdi yasaq olsa da.
Misli-bәrabәri yox hәr damlanın,
Sirrtәk, qalar onlar kirpik altında.
İnsanlar, qıymayın bir-birinizә!
Bu hәyat amansız işlәr görәndi!
Amma әn qüdrәtli dәnizlәr belә,
Tәmәnnasızlığa dәyәr verәndi.
Gecә, odlu-odlu duyuram sәni...
Gecә, ulduzların mәnimçün doğur.
Sәni heç bir kәslә bölüşmәrәm mәn,
Sәninlә yalqızlıq yadımdan çıxır.
Neynәk, bağışlayaq, gәl incikliyi,
Unudaq, can ataq sevgiyә sarı.
Çox şeyi görürәm mәn gözübağlı,
İnsanlar, çalışın, sevin İnsanı!

96 / 97
   91   92   93   94   95   96   97   98   99   100   101